ULTRA şirkəti uşaqlar üçün xeyriyyə aksiyası keçirtdi

Bu il Bakıda qeyri-adi soyuq qış oldu. Lakin buna baxmayaraq ULTRA şirkəti balaca uşaqları unutmur. Şirkətin əməkdaşları fevral ayının 18-də Xəzər dənizi sahilinin mənzərəli zonası olan Buzovna qəsəbəsində yerləşən Sümük Vərəmi Dispanserində olan uşaqlara baş çəkdilər.

Aksiya çərçivəsində uşaqlara 3 yaşdan - 6 yaşadək uşaq maarifləndirici oyuncaqları, meyvələr və təbii şirələr hədiyyə olundu. Uşaqlar böyük maraqla oyuncaqları aldılar. ULTRA şirkətinin nümayəndələri nahara qədər dispanserdə qaldılar və bununla yanaşı onlar tərbiyəçilərə və dayələrə uşaqları yedizdirməyə və onları yatızdırmağa yardım etdilər.

Belə aksiya artıq birinci dəfə deyil ki, keçirilir, bu günlər qəlbdə uzun müddət iz buraxacaq. Uşaqlara mehribanlıq və qayğı göstərin!


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün