ULTRA Tripp Lite şirkətinin CAP tərəfdaş statusunu aldı

ULTRA şirkəti fasiləsiz enerji qidalanma mənbələri istehsalında dünya lideri olan Tripp Lite şirkətindən Critical Applications Partner (Kritik proqramlar üzrə tərəfdaş) yüksək statusunu aldı.

Verilmiş status təsdiq edir ki, ULTRA şirkəti Tripp Lite şirkətinin bütün məhsul xəttinin üçfazalı on-layn sistemləri modullarının, həmçinin «tez» əvəzetmə imkanı olan fasiləsiz enerji qidalanma mənbələrinin ən yeni birfazalı modullarının alınması, zəmanətli təmiri və servis xidmətləri üçün tam xidmətlər spektrinə daxilolma hüququnu əldə edir.

CAP statusunun əsas üstünlüyü istehsalçı ilə birbaşa partnyorluqdur. Beləliklə ULTRA şirkəti Tripp Lite şirkətinin məhsullarının təkcə satışını və quraşdırılmasını həyata keçirmir, həmçinin son müştərilərə on-layn rejimdə əlavə texniki xidmət də göstərə bilər. Bu statusu əldə etmək üçün ULTRA şirkəti öz mühəndislərinə təlim keçərək sertikifat verdi. Əldə olunmuş texniki bilik şirkətə Tripp Lite avadanlıqlarını quraşdırmağa, zəmanətli xidmət göstərməyə və əlavə servis xidmətlərini təklif etməyə imkan verir. Şirkətlərin planlarında birgə əməkdaşlığı 2012-ci ildə fəal şəkildə inkişaf etdirməkdir. Həmçinin enerji idarəçiliyi və enerji təhlükəsizliyi üçün Tripp Lite-in həllərini tətbiq etməklə ULTRA şirkətinin sifarişçiləri üçün bir sıra layihələrin həyata keçirilməsi gözlənilir.

Artıq 85 ildir ki, Tripp Lite şirkəti fasiləsiz enerji qidalanma mənbələrinin istehsalı ilə məşğuldur. Tripp Lite məhsulları xəttinə FSM, montaj şkafları, şəbəkə filtrləri, stabilizatorlar, invertorlar, şəbəkədə olan cihazların idarə edilməsi üçün kabellər və proqram təminatı kimi 1000-dən artıq adda məhsullar daxildir. Qeyd etmək lazımdır ki, xüsusilə Tripp Lite şirkəti ilk dəfə olaraq personal kompüterlər üçün fasiləsiz enerji qidalanma mənbəyini istehsal edib. Şirkətin əsas meyarı son dərəcə etibarlılıq, geniş xidmət və məhsulun yüksək keyfiyyətidir.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün