ULTRA və Sharp şirkətləri tərəfdaş oldular

Azərbaycanın aparıcı İT-şirkətlərindən biri olan ULTRA şirkəti Sharp şirkətinin rəsmi distributor statusunu aldı.Bugünkü gün yapon korporasiyası olan Sharp bütün dünya üzrə LCD-texnologiya, sürətçıxarma, kompüter və məişət texnikası tərtibatçısı və istehsalçısı kimi tanınır.

Şirkətlərin Azərbaycanda birgə fəaliyyət üzrə əsas istiqaməti məlumat displeyləri və rəqəmsal sənəd-sistemləri olacaq.

Məlumat displeyləri müxtəlif sahələrdə istər reklam-informasiya biznesində, istərsə də təhsildə istifadə olunması nəzərdə tutulub. Unikal ölçülü diaqonalı 152 sm və monitorlar arasında minimal eni 6,5 mm olan xətlər sayəsində Sharp videodivar yaradarkən yeni standartı təqdim edir. İşıqdiodlu alt işıqlandırmanın tətbiq edilməsi işığın bərabər paylanmasını təmin edir ki, buda ekrana qeyri-adi real təsvir verməsinə imkan yaradır. Bütün peşəkar Sharp monitorları 24/7 rejimdə fasiləsiz işləmək imkanını verir.
Habelə Sharp şirkəti səthi çox toxunuşlu sensorlu məlumat displeylərini işləyib hazırlayıb. İndi təsviri barmaq jestləri və ya xüsusi pero vasitəsilə redaktə etmək imkanı meydana çıxdı. Bu növ displeylər interaktiv lövhələri və proyektorları əvəz edə bilər.

Sharp rəqəmsal sənəd-sistemi sahəsində də bir çox yeni cihazları təklif edir. Onların arasında çoxfunksiyalı cihazlara daha çox tələbat var. Sharp korporasiyasının «üçü-birində» (printer, skaner, sürətçıxarma) cihazı tam mükəmməl səviyyədə hazırlanıb. Daxili displey vasitəsilə çoxfunksiyalı cihazın yerinə yetirdiyi tapşırıqlar siyahısına baxmaq, sənədi vərəqləmək, skanlama və çap etmə parametrlərini quraşdırmaq olar. Həmçinin bəzi modellərə opsional olaraq internet brauzeri quraşdırmaq olar ki, buda cihazın displeyindən sənədlərin göndərilməsi və çap olunması imkanını verəcək.

Qeyd edək ki, Sharpın təqdim etdiyi məhsul xətləri üzrə servis xidmətləri ULTRA şirkətinin korporasiyada müvafiq təlimlər keçmiş olan mühəndisləri tərəfindən aparılacaq.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün