ULTRA, AHA şirkətinin eksklüziv distributorluq statusunu aldı

ULTRA şirkəti «Daim Yenilik» prinsipinə sadiq qalaraq Koreyanın aparıcı şirkəti olan АНА ilə müqavilə bağladı və bununla O, Azərbaycanda bu şirkətin məhsullarının eksklüziv distributoru statusunu öz adına yazdırdı.

Müqavilə imzalanarkən ULTRA şirkətinin direktoru Zaur Məmmədzadə və Biznesin İnkişafı və İnteqrasiyası departamentinin direktoru Məhəmməd Zülfüqarlı, o cümlədən AHA şirkətinin prezidenti Albert Ku və regional menecer İbrahim MirzəMahmudov iştirak etdilər.
AHA şirkəti özünün ilk fəaliyyətini maye kristal monitorların istehsalçısı kimi başlamış və şirkətin təməli 1999-cu ildə qoyulmuşdur.

Bu gün АНА istər maye kristal monitorların, istərsə respublikamızda olduqca məşhur olan və ULTRA şirkəti tərəfindən Təhsil Nazirliyində və Azərbaycan Respublikası Maliyyə Nazirliyində quraşdırılmış planşet kompüterlərin, interaktiv displeylərin və elektron podiumların aparıcı istehsalçısıdır. Bundan başqa AHA şirkətinin fəaliyyət istiqamətlərindən biri tibb müəssisələri və banklar üçün avtomatlaşdırılmış həllərin işlənib hazırlanması və tətbiqidir. Habelə şirkət Koreyada elektron təhsil sisteminin inteqrasiyası ilə məşğul olur

«Biz bu əməkdaşlığa görə çox şadıq, çünki hər şeydən öncə bu cür kontakt və əlaqələr təcrübələrin mübadiləsinə və qabaqcıl texnologiyaların bazarımıza gətirilməsinə, onları öyrənib və inkişaf etməyimiz üçün bir imkandır. Xüsusilə biz yeni tərəfdaşımızın hal hazırda Koreyada elektron təhsil sisteminin inteqrasiyası ilə məşğul olduğuna məmnunuq, çünki bildiyiniz kimi ULTRA şirkəti də ölkəmizdə elektron təhsilin tətbiqi ilə məşğul olur. Bizim bu əməkdaşlıqdan böyük gözləntilərimiz var və ümid edirik ki, yaxın gələcəkdə cəmiyyət onun bəhrələrini görəcək» deyə bu hadisəni şərh edərək Məhəmməd Zülfüqarlı bildirib.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün