ULTRA şirkəti fasiləsiz enerji mənbələri istehsalçısı olan Tunçmatik şirkətini təqdim etdi

May ayının 29-dan 31-ə qədər Tunçmatik türk şirkətinin nümayəndələri Həsən Zandaradze və Mehmet Özer Azərbaycanda oldular.

Tuncmatik şirkəti həm büdcə və orta dərəcəli fasiləsiz enerji mənbələri, həm də günəş batareyaları istehsalçısı kimi tanınır. Hadisələrin gedişatı zamanı Azərbaycan şirkəti olan ULTRA ilə distribütorluq barədə müqavilə imzalandı.

Fasiləsiz enerji mənbələri sisteminin türk tərtibatçısı və istehsalçısı ilə birgə satıcılar üçün Ultra şirkətində təlimlər keçirilmiş, məhsulların xüsusiyyətləri və işləri barədə danışılmış, o cümlədən nümunələri göstərilmişdir. Həmçinin, şirkətin nümayəndələri tərəfindən ölkəmizdə Tunçmatikin məhsul xəttinin inkişafı planları və yaxın zamanlarda bazarda olacaq həllər barədə məlumat vermək çərçivəsində mətbuat konfransı təşkil olundu. Habelə şirkətin baş icraçı direktoru Mehmet Özer TunÇmatik şirkətinin təsis edilməsi tarixi barədə danışdı. Tələb olunan enerji barədə məlumat göstərən ekranın şəbəkə filtrini və telefona elektrik enerjisini yenidən yükləmək imkanı olan noutbuklar üçün universal adapter Azərbaycanın KİV nümayəndələri arasında böyük marağa səbəb oldu. Pərakəndə satışı avqust ayında gözlənilən universal mobil enerji yükləmə cihazının istehsalı barədə məlumat verildi.

May ayının 31-də Həsən Zandaradze və Mehmet Özer ULTRA şirkətinin nümayəndələri ilə birgə korporativ sektor üzrə şirkətlərin İT direktorları ilə görüşdülər və onlara öz həlləri barədə danışdılar. Şirkətin icraçı direktoru Mehmet Özer qeyd etdi ki, bügünkü gün Tuncmatik Mərkəzi Asiyanın 20 ölkəsində, Yaxın şərqdə və Avropada, o cümlədən, MDB ölkələrində işləyir.

«Azərbaycanda tərəfdaş kimi bizə sabit və etibarlı partnyor lazım idi ki, bizim bütün məhsullarımızın satış və xidmət kanallarını dəstəklə təmin edə bilsin. ULTRA şirkəti Azərbaycanda inteqratorların bazar təcrübəsini bildiyinə görə biz, məhz bu şirkətlə əməkdaşlıq etməyi qərara aldıq, habelə biz artıq əməkdaşlarla və dilerlərlə bir sıra ümumi təlimlər keçirmişik» deyə Mehmet Özer öz çıxışlarının birində qeyd etmişdir. «Zəmanət və zəmanətdən sonrakı xidmətə gəldikdə isə onlar şirkətimizdə xüsusi təlimlər keçmiş və müvafiq sertifikatlar almış olan ULTRA şirkətinin mühəndisləri tərəfindən həyata keçiriləcək» deyə o, sözlərinə davam etdi.

Şirkətin icraçı direktoru Mehmet Özer həmçinin qeyd etdi ki, Türkiyədə FEM bazarının 90 % xüsusilə Tuncmatikin məhsullarıdır. Şirkətin keyfiyyət üzrə məhsulları, o cümlədən qiymət üzrə səmərəli və əlverişli həlli təqdim edən Power Com və APC kimi əsas və dünyaca tanınmış brendlərlə rəqabət apara bilər.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün