ULTRA şirkəti NIKOIL Bankda DocLogix elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başladı

NIKOIL Bankla ULTRA şirkəti arasında DocLogix elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə dair müqavilə imzalandı.

“NIKOIL Bank tərəfindən proqram təminatı təchizatçısının seçilməsi üçün açıq tender elan olunmuşdur. Tenderdə 14 şirkət iştirak etmişdir. Tender komissiyası tərəfindən ən münasib, ən optimal və qoyulan tələblərə cavab verən təklif 10 ildən artıqdır ki, informasiya texnologiyaları bazarında mövcud olan və bank sektorunda bu növ sistemlərin tətbiqi üzrə təcrübəyə malik ULTRA şirkəti tərəfindən təklif edilən Doclogix sistemi hesab edildi. Seçilmiş elektron sənəd dövriyyəsi sistemi yalnız NIKOIL Bankın mərkəz ofisində deyil, həmçinin onun filiallarında olan sənədlərlə işi nizama salmağa yardım edəcək” deyə NIKOIL Bankın Strateji İnkişaf və Proseslərin Optimizasiyası departamentinin direktoru Seymur Əliyev bildirdi.

DocLogix proqramı AlnaGroup korporasiyasının tərkibinə daxil olan eyni adlı Litva şirkəti olan DocLogix tərəfindən işlənib hazırlanıb. 2011-ci ildə DocLogix şirkəti «European IT Excellence Awards» avropa müsabiqəsinin qalibi olmuşdur. DocLogix sisteminin istifadəçilərindən biri İsveçin ən böyük banklarından biri olan və həmçinin filialları Baltika ölkələrində, Rusiyada və Ukraynada olan Swedbankdır.

DocLogix proqramı orta və iri təşkilatlar üçün elektron sənəd dövriyyəsinin tətbiqinə köklənə bilən sistemdir. Bu proqramın Microsoft.NET platforması üzərində qurulması böyük rol oynayır. Belə bir üstünlük onun bütün Microsoft proqramları ilə tez bir şəkildə inteqrasiya etməsinə imkan verir. DocLogix sistemi «kağızsız kargüzarlıq» konsepsiyası ilə elektron şəkildə təqdim edilən sənədlərlə iş üzrə vahid mexanizmdir. Elektron sənəd dövriyyəsinin NİKOİL Bankda tətbiqi sayəsində sənədlərin yaradılması və emalı müddətləri əhəmiyyətli dərəcədə azalacaq, biznes proseslərin dinamikliyi artacaq. Elektron sənəd dövriyyəsinin kargüzarlıqda tətbiqi mövcud biznes-proseslərini optimallaşdırmaq, daxil olan və göndərilən sənədlərin emalı proseduralarını nizamlamaq, şirkətin sənədlərinin etibarlı və təhlükəsiz saxlanmasını təmin etmək imkanı verir. İstehsalatda elektron sənəd dövriyyəsindən istifadə birbaşa bankın rəqabət üstünlüklərinə də təsir göstərəcək. Məlumat axını hərəkətinin artırılması və bütün proseslərə dəqiq nəzarətin edilməsi hesabına müştərilərə olan xidmətin keyfiyyəti və sürəti artacaq və bununla yanaşı bankın fəaliyyəti daha da sürətli olacaq. DocLogix elektron sənəd dövriyyəsindən istifadə təşkilatın effektiv idarə edilməsi və nəzarət vasitələrinin yaradılmasına gətirib çıxardır. Proqram çevik kökləmələrə malikdir ki, buda hər bir istifadəçi üçün proqram və sənədlərə görə ayrıca giriş hüquqları yaratmağa imkan verir. DocLogix şirkəti Baltik ölkələrdə aparıcı İT şirkətlərindən biridir. Həmçinin Rusiya və Ukrayna bazarlarında həyata keçirilmiş bir çox layihələrə malikdir. Şirkətin məhsullarından həm dövlət sektoru, həm də fərdi sektorun təşkilatları istifadə edir. Azərbaycanda DocLogix şirkətinin nümayəndəsi regionda ən iri sistem inteqratorlarından biri olan ULTRA şirkətidir.
NIKOIL Bankın İnformasiya Texnologiyaları departamentinin direktoru Emin Məmmədov Doclogix elektron sənəd dövriyyəsi sistemi barədə fikri ilə bölüşüb:
«Elektron sənəd dövriyyəsi sistemi bütün elektron sənədləri mərkəzləşdirilmiş serverdə saxlamağa imkan verəcək və buda öz növbəsində sənədlərdəki məlumatlara daxil olmağı sürətləndirəcək və bankın infrastrukturuna olan iş gərginliyini azaldacaq. Sistemin veb texnologiyalar əsasında qurulması istifadəçinin iş yerində heç bir proqram quraşdırmadan yeni istifadəçilərin operativ şəkildə sistemə qoşulmasına imkan verir. Əlavələrlə iş zamanı sistemin universallığı bütün mümkün növ faylları sənədə qoşmağa imkan verir ki, buda öz növbəsində proqramdan istifadə sahəsini genişləndirir. Bundan başqa DocLogix sistemi mobil sistemlərlə inteqrasiya edilib və Google kimi axtarış və ani ismarışların mübadiləsi proqramlarını dəstəkləmək imkanına malikdir».

ULTRA şirkəti Doc Logix elektron sənəd dövriyyəsi sistemini gələcəkdə Azərbaycanda inkişaf etdirmək və uyğunlaşdırmaq fikrindədir.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün