ULTRA şirkəti Bank Standardın məhsullarından birini dəstəkləyəcək

Bank Standard Azərbaycan bazarında bank həlləri inteqratoru olan ULTRA şirkəti ilə müqavilə imzaladı.

Müqaviləyə əsasən ULTRA şirkəti «Mail Bank» sisteminə qoşulmuş Bank Standard müştərilərinə texniki dəstək xidmətini göstərəcək və yeni müştərilərin bu sistemə qoşulmasını həyata keçirəcək. Bank Standarda keyfiyyətli və vaxtında xidmətin göstərilməsi üçün ULTRA şirkəti öz zəng mərkəzini genişləndirdi.

«Mail Bank» modulu poçt protokolları vasitəsilə müştərilərə distant xidmətin göstərilməsi üçün nəzərdə tutulub. «Mail Bank» modulundan istifadə edilərkən ödəniş tapşırığı bank işçiləri tərəfindən deyil, məhz müştərinin özü tərəfindən elektron şəkildə olmaqla hazırlanır ki, buda bank tərəfindən ödəniş sənədlərinin sürətinin artırılmasına imkan verir. Kağız süründürməçilik olmasın deyə elektron ödənişlərin avtomatlaşdırılması və həyata keçirilməsi üçün bankın müştəriləri adi imza əvəzinə elektron imzadan istifadə edirlər. İdxal-ixrac kimi funksiyalar sayəsində siz «Mail Bank» sistemini əsas mühasibatlıq proqramları ilə rahat inteqrasiya edə bilərsiniz ki, buda müştərinin mühasibatlıq proqramlarında üstün tutduğu ödəniş tapşırıqlarını yaratmağa imkan verir.

«Mail Bank» modulu müştəriyə istənilən vaxt vəsaitlərin hərəkəti üzrə məlumat almağa imkan verir. Məlumatların qorunması üzrə həm proqram vasitələri, həm də aparat kimi çoxsəviyyəli qoruma xüsusiyyətinə malik olan modul icazəsiz girişdən etibarlı şəkildə qorunur və yalnız deşifrə üçün xüsusi açarlar olduqda və məlumatları yalnız adresat tərəfdə deşifrə etmək mümkündür.

«Mail Bank» modulu Rusiya, Ukrayna, Belarus banklarında geniş tətbiqə malik olaraq müştərilərin sorğularının emalı üzrə müasir tələblərə cavab verən effektiv və çox səmərəli məhsul kimi özünü uğurlu şəkildə göstərdi.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün