ULTRA şirkəti Azərbaycanda “Data Center Design Awereness” sertifikatını alan ilk və yeganə şirkətdir
Cümə axşamı, 23 Avqust 2012
Bu ay Ukraynanın Kiyev şəhərində «Məlumat Mərkəzinin layihələndirilməsinin konseptual əsasları» mövzusunda təlim keçirildi.
Bu təlim (Career Progression Framework) Beynəlxalq İnkişaf proqramı çərçivəsində ilk baza kursudur ki, o, 2011-ci ildən Britaniya şirkəti olan “DC Professional Development” tərəfindən məlumatların emalı mərkəzləri (MEM) sənayesi ilə məşğul olan dünya cəmiyyəti mütəxəssislərinə təqdim edilib. Təlimdə MDB dövlətləri – Rusiya, Belarus, Ukrayna və Qazaxıstanın aparıcı İT şirkətlərinin nümayəndələri iştirak etdilər. Bu təlimdə Cənubi Qafqazdan Azərbaycanı ULTRA şirkəti təmsil edib.
ULTRA şirkəti Məlumat Mərkəzlərinin Layihələndirilməsi üzrə kifayət qədər təcrübəyə malikdir. Şirkət tərəfindən bu günə qədər aşağıdakı qurumlar üçün Məlumat və Resurs Mərkəzləri (Data Center) yaradılmışdır:
- Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsilin İnformasiyalaşdırılması İdarəsi
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Reyestr Xidməti
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
- Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi
Bu təlim qabaqcıl dünya təcrübəsi üzrə MEM-nin layihələndirilməsi, yaradılması, optimizasiyası və idarəedilməsinə əsaslanıb. Təlim ABŞ və Avropanın əsas beynəlxalq standartlarına, o cümlədən BICSI 002 2010 Data Center Design and Implementation Best Practices uyğundur və istehsalçıdan asılı olmayaraq məlumatları birləşdirir. Təlimdə dinləyicilər MEM-nin layihəsini təşkil edən qarşılıqlı əlaqələr kimi müasir mühəndis həlləri ilə tanış oldular. Bunlar elektrik təchizatı, soyutma və havalandırma sistemləri, elektrik effektivliyi və idarəçiliyin əsaslarıdır. Keçirilmiş materialların daha yaxşı mənimsənilməsi üçün təlimin böyük bir hissəsi praktik məşğələlərə həsr olundu.
Təlimin bitməsi üzrə sınaq imtahanları keçirildi və imtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olundu. Xüsusilə qeyd etmək istərdik ki, ULTRA şirkətinin əməkdaşı Mehman Zülfüqarlı hal-hazırda Cənubi Qafqazda “Data Center Design Awereness” sertifikatına malik olan yeganə mütəxəssisdir.
< Əvvəlki | Növbəti > |
---|