Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan şirkətinə lisenziya verdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi üzrə ULTRA COMPUTERS şirkətinə lizensiya vermişdir.

Lisenziya 5 il müddətində qüvvədə olacaqdır.  
Lizensiya üzrə fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 6 sentyabr 2010-cu ildə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair Tələblər” əsasında həyata keçirilir.
Qeyd olunmalıdır ki, Fərdi məlumatların mühafizəsinə dair Tələblər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanına əsasən hazırlanmışdır.

Tələblər fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq infpormasiya sistemlərinin mühafizəsi ilə baglı yaranan münasibətləri tənzimləyir.

 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün