Bakı məktəblərinin birində MDB məkanında analoqu olmayan smart sinif yaradılmışdır

Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 327 saylı məktəbdə ən müasir texnologiyaların istifadəsilə smart-sinif yaradılmışdır.

Bu dərs ilinin əvvəlində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş yeni məktəbdə yaradılmış “Smart sinif” Koreya Respublikasının elektron təhsil sistemi sahəsində dünya liderlərdən biri olan "AHA" və Azərbaycanın ULTRA şirkətləri tərəfindən quraşdırılmışdır.

Smart sinif otağında quraşdırılmış simsiz şəbəkə, rəqəmsal podium, interaktiv smart LCD, planşet kompüter və s. avadanlıqlar kompleks şəkildə istənilən fənn üzrə interaktiv tədrisə imkan yaradır. Smart sinif konsepsiyası çərçivəsində tətbiq olunan texnologiyalar tədris prosesini gücləndirir, fərdi və komanda tərkibində XXİ əsr bacarıqlarını daha da effektiv nümayiş etdirməyə imkan verir.

Sinifdə quraşdırılmış interaktiv smart LCD yüksək keyfiyyətli təsviri, həmçinin optik sensor sistemi ekrana toxunmaqla rahat iş rejimini təmin edir, həmçinin ekranda (lövhədə) işlənmiş məlumatların elektron arxivləşdirilməsi imkanı yaradır. Simsiz şəbəkə internetə və yerli şəbəkəyə asan qoşulmaqla bir şagirdin ekranı ilə digər şagirdlərin ekranlarının sinxronizasiyası yəni mübadiləsi, həmçinin müəllimin ekranın transliyasiyasını təmin edir. Xüsusi daxiletmə qurğuları, sensorlu ekran və multimediya fayllarını emal etmə xüsusiyyətinə malik simsiz şəbəkəyə qoşulmuş planşetlər hər bir şagirdin məlumat mənbələrinin müxtəlifliyini, informasiya mübadiləsi və birgə iş prinsipini təmin edir. Smart sinif otağının məsafədən idarəetmə funksiyası müəllimlərə məsafədən dərslərin keçirilməsinə və şagirdlərə dərslərdə virtual iştirakına da imkan verir. Smart sinif otağinin idarəetmə mərkəzi müəllimin ixtiyarında qalmaqla hər bir şagirdin qeyri-təhsil məqsədli fəaliyyətləri mütəmadi nəzarətdə saxlanılır. Bundan əlavə sistemin dəyişikliklər üçün açıq olması istənilən vaxt tədris materiallarını yeniləmək, sistemi günün tələblərinə uyğunlaşdırmaq və redaktə etmək imkanı verir.

Qeyd etmək lazımdır ki, Bülbülə qəsəbəsindəki məktəbin tikilişi və orada quraşdırılmış Smart sinif "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində reallaşdırılmışdır.


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün