Bakıda “Oracle Day“ keçirildi
Bazar ertəsi, 22 Oktyabr 2012
Dünyada ən iri korporativ proqram təminatı istehsalçısı hesab edilən Oracle Bakıda “Oracle günləri" keçirtdi.
Bulud kompütinq, mobil və sosial texnologiyalar, iri məlumat tendensiyaları, vərdiş edilmiş biznes tətbiqini dəyişməyə qadirdilər. Bu tip inqilabi həllərdən istifadə edən təşkilat yeni məhsul və xidmətlərin daha tez hazırlanması üçün potensial qazanacaq, müştərilərin daha aktiv cəlb edilməsini, həmçinin yeni biznes-modellərini tətbiqinə imkan yaradacaqdır. Əsas məqsəd mövcud infrastukturun işini dayandırmadan yeni dəyişiklərin qəbul edilməsi və fikri tam olaraq biznes –innovasiyaların inkişafında cəmləşdirməkdən ibarətdir.
“Oracle” avadanlıq və proqram təminatı və ya yeni texnologiyaların yaradılması vasitəsi ilə İT-nin sadələşdirilməsini və bununla müasir təşkilatların fəalliyətlərinə köməklik etdiyini bildirir.
Oracle-nin təklif etdiyi həllər:
- Oracle-ın bulud kompütinq, iri məlumat, sosial və mobil həlləri barədə məlumatları əldə etmək.
- Uğurlu biznes transformasiyası üzrə tematik araşdırmalar barədə məlumat əldə etmək
- Sizin problemlərinizə oxşar problemlərlə üzləşən şəxslərə ünsiyyət qurmaq imkanı
- Oracle mütəxəssisləri ilə tanış olmaq və yeni məhsulların nümayiş versiyalarına baxmaq
- Oracle məhsullarına barədə ən son xəbərləri Oracle OpenWorld-dan almaq.
Konfrans “Oracle” korporasiyası tərəfindən yerli tərəfdaş olan gümüş sponsoru “ULTRA” şirkəti, və digər şirkətlərl tərəfindən təşkil olunmuşdur. Konfransda biznes və hökumət sektoru üçün nəzərdə tutulan proqram həlləri müzakirə olunmuş, Türkiyə, İsveçrə və Azərbaycandan olan mütəxəssislər informasiya texnologiyalarının uğurlu tətbiqi barədə fikir mübadiləsi aparmışlar. Əsas çıxışlar “Oracle” korporasiyasının “Oracle Keynote”, “Bestcomp Group” və “Oracle” platformasında həllər, həmçinin “İntel Keynote” kimi texnologiyaları əhatə etmişdir.
Konfransda maraqlı və özünəməxsus çıxışı ilə yadda qalan Andrey Sucerland, məlumatlar mərkəzinin sadələşdirilməsi və gələcək biznes üçün performansın idarə olunması haqqında ümümi anlayış verdi.Uzun illər “Oracle”-da çalışan Oya Eren Oracle sisteminin banklarda, təhsildə və digər bu kimi mürəkkəb infrastruktura malik sahələrdəki tədbiqindən geniş məruzə ilə çıxış etdi
Daha sonra Ultra Computer şirkəti tərəfindən Biznes Həllərin Satış Departamentinin əməkdaşı Samir Abdullayev çıxış etmişdir.< Əvvəlki | Növbəti > |
---|