Ultra şirkəti NikoilBank üçün avtomatlaşdırılmış “Elektron Sənəd Dövriyyəsi” sistemini reallaşdırdı.

Ultra şirkətinin mütəxəssisləri NikoylBank əməkdaşları ilə birgə səy nəticəsində ”Doclogix” e-sənəddövriyyəsi sistemini tətbiq etdilər. Altı ay ərzində uğurla həyata keçirilən ESD sistemi 100 bankdaxili istifadəçi üçün nəzərdə tutulmuş və daxilolan, göndərilən sənədlərin  o cümlədən, daxili yazışmaların avtomatlaşdırılmasına imkan verir.

Bu sistemin tətbiqi, nəticəsində yeni sənədlərin yaradılması,təsdiqlənməsi və bu proseslərə rəhbərlik tərəfindən nəzarət olunması elektron qaydada daha sürətli həyata keçirilir.

Doclogix ESD sisteminin tətbiqi əsasən bank əməkdaşlarının əməliyyat prosesində etdikləri səhvlərin azaldılmasına , həmçinin məlumatların bir sistemdən digərinə daxil edilməsinin avtomatlaşdırılmasına şərait yaradır və bununla da informasiyanın mexaniki olaraq daxil edilməsinə ehtiyac qalmır. Kağız sənədlərin xüsusi qovluqlarda saxlanılması, arxivləşdirilməsi, uçotu, axtarışı və qeydiyyata alınması zamanı əmələ gələn vaxt itkisinin qarşısı alınır.

Tətbiq edilmiş sistemin üstünlükləri:

Ultra şirkəti daim yeni imkanlar axtarışındadır.Yaxın gələcəkdə “NikoylBank”-ın filialları üzrə sistemin genişləndirilməsi baxımından əlavə lisenziyaların alınması, habelə sistemin mobil versiya olan İOS və Android əməliyyat sistemlərində də tətbiqi planlaşdırılır.Dünya praktikasına əsaslanaraq  qeyd edə bilərik ki, “Doclogix” ESD sistemi yalnız banklarda deyil, həmçinin müxtəlif biznes sahələrində də iş proseslərinin avtomatlaşdırılması ücün unikal variantdır.

“Doclogix” ESD sisteminin 25 000-ə qədər istifadəçi sayı və bu sahədə 16 illik təcrübə bunu demeyə əsas verir ki, bu proqramın Azərbaycanda bank və biznes sahəsində tətbiqi istehsal və biznes proseslerinin effektiv inkişafına xüsusi təsir göstərəcəkdir.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün