Bakıda ilin ən böyük təhsil sərgisi keçirildi
Cümə axşamı, 02 May 2013

Aprel ayının 30-da Sərhədçi İdman Olimpiya Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutan “Təhsil, texnologiya və tərəqqi” adlı təhsil sərgi təşkil olunmuşdur.
Umumilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sərgidə Bakı şəhərinin bütün təhsil müəssisələrinin əldə etdiyi uğurlar nümayiş olundu. Bundan əlavə, istedadlı uşaqların əl işlərinin sərgisi, eyni zamanda ifaçılıq, ve digər bu kimi uşaq qabiliyyətləri nümayiş olundu. Sərgidə paytaxtın 320 məktəbin son illər ərzində təhsil sahəsində gördüyü işlərin hesabatı verildi. Sərgidə Ultra şirkəti ilə 141 saylı tam orta məktəb, “Müasir tədrisdə Elektron resuslar” mövzusu ilə iştirak etdilər. Layihənin esas məqsədi Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə öz töhfəsini vermək, məktəb idarəetmə prosesində və həmçinin orta tədris sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdən ibarətdir.

Sərgidə E-dərsləri idarəetmə üçün nəzərdə tutulan proqram təminatı vasitəsilə virtual sinfin qurulması , Elektron jurnal, SMS vasitəsilə qiymətləri valideynlərə çatdıran E-Gündəlik, məktəb idarəetmə proqramları və ULTRA şirkətinin Nexus noutbukları ile hazırladığı interaktiv dərslərin nümayışı etdirildi. Bu resurslar vasitəsilə müxtəlif tədris sistemlər birləşdirilərək ənənəvi tədris prosesini tam şəkildə həyata keçirmək mümkündür.
“Azərbaycan Respublikası Ümumtəhsil Məktəblərinin İnformasiya və Kommunikasiya Texnologiyaları ilə Təminatı Proqramının (2005-2007-ci, 2008-2012-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ULTRA şirkəti, SIVECO, Microsoft, Hewlett-Packard, CISCO, Mədəd və Intel şirkətlərindən ibarət beynəlxalq konsorsium Azərbaycanın orta məktəblərində Elektron təhsil həllərinin tətbiqi layihəsini həyata keçirmişdir

< Əvvəlki | Növbəti > |
---|