Ultra şirkəti ənənəvi VIII “MƏZUN 2013” ümumrespublika yarmarkasında iştirak etdi

17 may 2013- cü ildə keçirilən ənənəvi VIII ” Məzun-2013”respublika yarmarkası Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.

Azərbaycan Dövlət İqtisad Universiteti bu istiqamətdə daimi iş aparır,gənc mütəxəssislərin hazırlıq səviyyəsinin dövlət sektorunun tələbatına və bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yüksəldir və onların işlə təmin olunmasında ciddi səylər göstərir. Belə ki,2006-ci ildə İqtisad Universiteti tərəfindən ilk dəfə olaraq keçirilən məzun yarmakasında 24 bank və 340 məzun iştirak edibsə,bu ilki “Məzun-2013” yarmarkasında 111 nazirlik,komitə,bank və şirkətlər iştirak ediblər.

Yarmarkanın açılışında çıxış edən ADİU-nun rektoru Şəmsəddin Hacıyev bildirib ki “Məzun-2013 yarmarkası  prezidentin sosial proqramlarıın icrası istiqamətində atdığı ən mühüm addımlardan biridir. Son 8 ildə yarmarkada iştirak edən 12 minə yaxın məzun işlə təmin olunub”.

2008-ci ildən Ultra şirkəti yarmarkanın fəal iştirakçısıdır.Şirkətinin İnsan qaynaqları üzrə meneceri Safiya Nezameddinova qeyd etdi ki, “Məzun-2013”yarmarkasında  seçim nəticəsində ən qabiliyyətli və perspektivli məzunlar iş yerləri ilə təmin olunacaqlar. Seçim xüsusi testlər və sorğu-cavab ilə aparılır. 2012-ci ilin nəticələrinə nəzər salsaq, bugünə qədər 25 məzun işə qəbul olunub. Bu il isə 250-ə yaxin məzun müraciyət ərzəsi ilə öz təkliflərini irəli sürüblər. Buda ki, əlbətdə ki şirkəitn hər il artan dinamik inkişafından xəbər verir.

Məzun-2013 Yarmakasının nəticəsində 1000-ə yaxın gəncin işlə təmin olunması nəzərdə tutulmuşdur.Bu tədbirin dövlət səviyyəsində dəstəklənməsi ölkə Prezidentinin gənc və peşəkar kadrların işlə təmin edilməsi istiqamətində həyata keçirdiyi siyasi kursunu bir daha nümayiş etdirəcək və sahibkarlıq sektorunun inkişafına güclü təkan verəcəkdir.


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün