Muasir mobil texnologiyalar Azərbaycanda

Səyyar avtobuslar ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tanıtma Yürüşü" adı altında cari ilin aprel ayının 22-də İstanbuldan Bakıya gətirilmişdir.

“ULTRA” şirkəti ilə “ASAN xidmət” mərkəzinin birqə fəaliyyəti nəticəsində ərsəyə gələn zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobuslar səyyar şəkildə Azərbaycanın rayon və kəndlərində vətəndaşlara xidmətlər göstərəcək.

Səyyar avtobuslar ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tanıtma Yürüşü" adı altında cari ilin aprel ayının 22-də İstanbuldan Bakıya gətirilmişdir.

Qeyd edək ki, bu avtobuslar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən mayın 4-də Sumqayıt şəhərində yeni mərkəzin açılışında Dövlət başçısına təqdim edildi. "ASAN xidmət" mərkəzinin bütün texniki təchizatı“Ultra” şirkətinin dəstəyi ilə həyata keçirilmişdir.

Açılış zamanı “ULTRA” şirkətinin texniki direktoru və layihə rəhbəri Qəmbər Məmmədov qeyd etdi ki, mərkəzin kompüterləri internet şəbəkəsi ilə təchiz edilmiş, vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılmışdır. Bu baxımdan avtobus keyfiyyətli xidmətin göstərilməsi məqsədilə yüksək zövqlə və bu qəbildən olan nəqliyyat vasitələrindən fərqli şəkildə yığılmışdır.

Asan xidmət avtobusları əsasən İT infrastruktur cəhətdən diqqəti cəlb edir.Ultra sirkətinin texniki dəsdəyi ilə təşkil olunmuş İT avadanlıq və bütün mobil vasitələr unikallığı, səmərəliyi ilə “Asan xidmətin” personalına və bu xidmətdən istifadə edəcək vətəndaşlara xususi imkanlar verir.Hərəkət edən ofislər başlıca olaraq maksimal mobilliyi ilə və rəddədavamlığa,gərginliyə dayanıqlılığına görə seçilir.IT infrastruktrun simsiz avadanlıqla təşkil olunması bu layihədə muhüm rol oynamışdır.Sistemin fasiləsiz işini təşkil etmək məqsədilə  qeyri-ənənəvi enerji mənbəyi olan və avtobusun üst hissəsində quraşdırılmış günəş batareyalarından istifadə olunmuşdur.

Butun periferiya qurguları mobil sərtlərdə işləməyə imkan verən və əməkdaşların rahatlığına uyğunlaşdırılmışdır.Hər işçi stolu muasir daşınabilən noutbuk ,  HP Envy seriyalı çoxfunksiyalı mobil printer, Cisco İP telefonları, növbə sistemini və video nəzarət sistemini təşkil edən mobil komponentlər kimi müasir avadanlıqlarla təchiz olunmuşdur. Regional və mərkəzi ASAN ilə əlaqəni təmin etmək üçün avtobusda Cisco marşrutizatoru və komutatoru, HP ProLiant DL300 seriya server avadanlığı kimi müasir avadanlıqlar yerləşdirilmişdir. Eyni zamanda avtobus cari zamanda fasiləsiz qeydiyyat aparmağa və məsafədən baxışa imkan yaradan yüksək keyfiyyətli CCTV kamera və mərkəzi video qeydiyyat sistemləri ilə təchiz olunmuşdur. Avtobusun yuxarı  hissəsində  xüsusi LED panel quraşdırılıb. O, məlumat displeyi kimi istifadə edilir  və burada vətəndaşlar üçün dövlət rüsumları, asan xidmətləri, həmçinin növbə sistemi barədə lazımi məlumatları əks olunmuşdur.

Əlaqə xətlərinin keyfiyyətini nəzərə alaraq sputnik əlaqəsi, mobil 3G şəbəkə kimi müasir qabaqcıl simsiz texnologiyalardan istifadə olunmuşdur.

Xatırladaq ki, dünyada ilk belə təcrübə və təşəbbüs olan səyyar avtobus xidmətinin əsas ideyası dövlətin öz xidmətlərini vətəndaşların ünvanına çatdırmasıdır. Bu da ölkəmizdə insan hüquqlarının inkişafı istiqamətində, dövlət qulluqçusu – vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün