“Biznesdə ideal ip-telefoniya həlləri” mövzusunda seminar keçirildi

IP-telefoniya və yaxud internet telefoniya – internet şəbəkəsində səs siqnallarının ötürülməsini həyata keçirmək üçün tətbiq edilən texnologiyadır.

Ultra və D-Link şirkətləri iyunun 12-də tərəfdaşlıq proqramı əsasında Azərbaycanın bir sıra şirkət və dövlət qurumlarının İT mütəxəssisləri üçün   “Biznesdə ideal ip-telefoniya həlləri” mövzusunda seminar keçirdi. Seminarın məqsədi İT mütəxəssislərə D-Link ip-telefoniya və s. məhsullarının texniki tərəfdən məlumatların verilməsi və bir sıra məhsulların təqdimat formasında çalışma formasını təqdim etmək idi.

Bu gün Azərbaycan Respublikasında iqtisadi inkişafın artan dinamik tempi biznes mühitinin sürətlə inkişafına böyük təkan verir. Azərbaycan şirkətləri və ölkədə fəaliyyət göstərən xarici şirkətlər bizneslərin ideal çalışmaları üçün müəyyən İT texnologiyaların vasitəsindən istifadəni labud bilirlər. Müasir zamanda inkişaf etmiş hər bir şirkət və qurum ofis və ya idarələrində yüksək texnologiyalardan yararlanır və iş fəaliyyətinin asanlaşdırılmasında, daha səviyyəli xidmətin göstərilməsi üçün zəruri addımlar atır.  Məhz, İT sahəsində bu zəruri xidmətləri göstərə biləcək ən böyük şirkətlərdən biri Ultra şirkətidir. Şirkət İT sahəsi üzrə dünyanın ən böyük texnologiya şirkətləri ilə tərəfdaşlığı mövcuddur. Belə bir şirkətlərdən də biri D-Link şirkətidir.

Seminarın açılışını Ultra şirkətinin infrastruktur məsələri üzrə departamentinin direktoru Ruslan Romanenko etdi. R.Romanenko ilk olaraq Ultra şirkətinin son illər əldə etdiyi uğurlardan və tərəfdaş qismində təqdim olunan D-link şirkətindən bəhs etdi.

O qeyd etdi ki, Bakı Biznes mərkəzində  ilk dəfə olaraq Azərbaycanda və Qafqazda (Wi-Fi Hot Spot Zone) İnternet qlobal şəbəkəyə ümumi giriş nöqtələrinin təntənəli açılış mərasimi keçirilmişdir. Həmin il, MDB ölkələrində ilk dəfə olaraq “ULTRA” şirkəti, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin 3 saylı orta məktəbində, daha sonra isə Bakı şəhərinin 6 saylı liseyində mobil təhsil sistemini tətbiq etdi. Sistemin tərkib hissəsi, D-Link naqilsiz giriş nöqtələri vasitəsilə lokal şəbəkəyə və İnternetə qoşulmuş portativ noutbuklardır.

Sonra söz D-link  şirkətinin layihə meneceri Viktor Kolosova verildi. 1986-cı ildən yaranmiş “D-Link” şirkəti şəbəkə və telekomunikasiya avadanlıqların dünyaca məşhur istehsalçısı etalonuna çevrilib. 11 ildən artıq ULTRA şirkəti ilə birgə əməkdaşlıq, bir çox layihələrə imza atıb. Seminarın mövzusuna əssasən Viktor Kolosov İP teleefoniya haqıında,seminar iştirakçılarına  ümümü məlumat çatdırdı.

IP-telefoniya və yaxud internet telefoniya – internet şəbəkəsində səs siqnallarının ötürülməsini həyata keçirmək üçün tətbiq edilən texnologiyadır.

Bu texnologiyanın-əsas işləmə prinsipi: səs siqnalları, məlumat paketi formasına düşür. Bu məlumat paketləri internet şəbəkəsi vasitəsilə qarşı tərəfə ötürülür. Qarşı tərəfdə isə bu paketlər geriyə dekodlaşaraq yenə də səs siqnalı formasına qayıdır.

D-link kommutatoru əsasında ofisdaxili İP telefoniya sistemi kiçik ofislərin daxilində telefon əlaqəsinin təşkili üçün heç də baha olmayan çözüm təqdim edir və klassik ofis ATS-nin alternatividir. Bu sistemin tərkib hissələri klassik həll variantına çox bənzəyir. Lakin, onların qarşılıqlı əlaqəsi üçün tamamilə başqa yanaşmalar tətbiq edilir.

Çıxışın sonunda, Viktor Kolosov qeyd etdi ki, məhz IP-telefoniya rabitə operatorlarına minimal təşkilati xərclər və pul xərcləri ilə rabitə xidmətinin rouminqini təşkil etmək imkanı yaradır. IP-telefoniya texnologiyaları bazasında yaradılmış həllər daha çevik olmaları ilə bərabər, adi qaydada yaradılmış həllərdən dəfələrlə ucuz başa gəlir.

Seminarın sonunda Viktor Kolosov-la seminar iştirakçıları arasında maraqlı diskusiyalar olmuş, müxtəlif suallar cavablandırılmışdır.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün