ULTRA şirkəti HP ServiceOne proqramı çərçivəsində korporativ sifarişçilər üçün servis mərkəzi xidməti göstərəcək

Daimi yenilikləri sayəsində Azərbaycanın İT-bazarında lider mövqe tutan ULTRA şirkəti növbəti yüksək tərəfdaşlıq statusuna layiq görülüb. Bu günlərdə şirkət HP korporasiyasından EG Silver ServiceOne statusuna layiq görülüb ki, bu da, şirkətə korporativ sifarişçilər üçün servis mərkəzi xidməti göstərmək mərhələsinə qədəm qoymağa imkan verir.

Bu ixtisaslaşma sayəsində ULTRA şirkəti şəbəkə avadanlığı, məlumatların saxlanması sistemi və server avadanlığı kimi HP məhsulları üzrə servis xidmətləri  göstərmək imkanı qazanır. Qeyd edək ki, HP ServiceOne, aparıcı tərəfdaşlar üçün işlənib hazırlanmış, HP-nin texnoloji xidmətləri üzrə kompleks proqramdır. Proqram, razılıq almış tərəfdaşlara, müəssisənin İT-infrastrukturunun bütün fəaliyyət dövrü ərzində, aktual biznes-həllər təklif və təqdim etmək imkanı verir.

Həm servisin inkişafı, həm də HP xidmət və məhsullarının satışının artırılmasına yönələn HP ServiceONE proqramında iştirak, ULTRA şirkətinə xidmət göstərilən avadanlıqların və servis xidmətlərinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək. ServiceOne proqramının tərəfdaşı olmaqla, ULTRA şirkəti effektiv xidmətlər tövsiyyə etmək və HP-nin qlobal qaynaqlarına çıxış təqdim etməklə daha dərin ekspert məsləhətləri təqdim edə biləcək. Bu isə, yalnız ServiceOne tərəfdaşlarının malik olduqları üstünlüklərdəndir. Sifarişçilər, öz növbəsində, sərmayələrin xərcinin çıxarılması imkanını artırmaq və innovativ texnoloji həllər hesabına texniki riskləri azaltmaq, biznesə fasiləsiz dəstək qazanmaq və HP-nin qlobal qaynaqlarına əsaslanan tərəfdaşla iş hesabına üstünlüklər qazanmaq imkanı əldə edirlər.

«Biz HP-nin etibarını yüksək qiymətləndirir və uzun illərdir davam edən bu əməkdaşlığa böyük dəyər veririk. Həm Azərbaycanın İT-bazarındakı satış, həm də ekspertizanın inkişafı  sahəsində  gördüyümüz işlərin nəticəsi, dəfələrlə yüksək tərəfdaş statuslarına layiq görülüb. Tərəfdaş statusları ULTRA şirkətinin mütəxəssislərinin, müxtəlif miqyaslı şirkət və təşkilatlar üçün HP məhsulları bazasında, daha effektli hesablama komplekslərinin və istənilən mürəkkəbliyə malik sistemlərin tətbiqi və işlənib hazırlanması sahəsində yüksək səriştə və geniş imkanlara malik olduğunu bir daha təsdiq edir», - ULTRA şirkətinin direktoru Zaur Məmmədzadə bildirib.

HP şirkəti haqqında

HP şirkəti texnologiyaların insanlar, şirkətlər, hökümət və ümumilikdə bütün cəmiyyətə maksimal xeyir verməsi üçün yeni imkanlar yaradır. Printerlər, fərdi kompüterlər, proqram təminatı, xidmət və İT-infrastrukturu özündə birləşdirən çox geniş texologiya portfelinə malik HP şirkəti dünyanın istənilən regionunda alıcıların ən kompeks vəzifələrinin həllərini təqdim edir. HP şirkəti (NYSE: HPQ) haqqında daha ətraflı məlumatla  www.hp.ru saytında tanış olmaq mümkündür.


 
 HRM Sistemi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün