Təhsil Nazirliyinin nəzdində yaradılan Məlumat və Resurs (Data) Mərkəzi üçün xüsusi inzibati bina tikilir.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində inşa edilən bu bina ən tezi may ayında istifadəyə veriləcək. Hazırda binada son tamamlanma işləri davam edir.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, Məlumat və Resurs Mərkəzinin binasının açılışı may ayına planlaşdırılıb. Mərkəzin yaradılması işi İntel, HP, Microsoft, Cisco şirkətlərinin ölkəmizdə rəsmi tərəfdaşı olan "ULTRA" şirkəti tərəfindən aparılır.

Nazirlikdə bildirirlər ki, müasir texnologiyaların tətbiqi sayəsində Məlumat və Resurs Mərkəzinin funksionallığı olduqca genişdir. Mərkəz təhsil şəbəkəsində internetə giriş və çıxış nöqtəsi olmaqla yanaşı, təhsilə aid informasiya resursları da məhz burada toplanacaq. Mərkəzin 24 saat fasiləsiz çalışması üçün hər cür texniki imkan yaradılacaq.

Xatırladaq ki, Məlumat və Resurs Mərkəzində quraşdırılacaq verilənlər bazası eyni anda milyonlarla əməliyyatları həyata keçirmək gücünə malikdir. Bu sistemlər toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaq. Bundan başqa, bütün məktəblərdəki kompüterlər birbaşa mərkəzdən idarə olunacaqdır ki, bu da kompüterlərə texniki xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Mərkəzdə quraşdırılmış texnologiya video-konfranslar, kompüter təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərdə eyni zamanda mühazirələr və açıq dərslər keçirməyə imkan verəcək.


 
 HRM Sistemi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün