2 saylı Hacıqabul şəhər kitabxana filialı

2 saylı Hacıqabul şəhər kitabxana filialı
Rayon haqqında
23 İyun , 2015

Orta əsrlərdə Azərbaycana köç edən və Səfəvi dövlətinin yaranmasında böyük rol oynayan türk soylu tayfalardan biri də Cagirli (Cəyirli) elatlarıdır. Cəyirli XIII əsrdə Azərbaycana köçmüş Qacar nəslindən olan Cəyirli tayfasının adını daşıyır. Onlar Şamaxı, Hacıqabul və s. ərazilərdə məskunlaşmışlar. "Şamaxı Cəyirliləri" Hərami dağının cənubuna- indiki Muğan stansiyası ətrafına köçüblər. Muğan qəsəbəsinin arxasında Cəyirli qəbristanlığının mövcudluğu da buna sübutdur. Rayon ərazisindəki ovdanlar bura səfərə gələnlərdə böyük maraq doğurur. Ovdanlar Böyük İpək yolu üzərində yerləşən əlverişli su mənbələridir. Qədimdə əhali kəhrizlərdən, çaylardan, kanallardan və ovdanlardan istifadə edirdi. Muğan qəsəbəsinin arxa hissəsində yerləşən Cəyirli qəbristanlığındakı bu ovdan çox maraqlıdır. Burada heyvanlar üçün daş yalaqlar da mövcuddur. XVII – XIX əsrə aiddir.