2 saylı Hacıqabul şəhər kitabxana filialı

2 saylı Hacıqabul şəhər kitabxana filialı
Görkəmli şəxsiyyətlər
23 İyun , 2015

Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Qazıməmməd dəmiryol məktəbini bitirdikdən sonra Bakı Tibb Texnikumunda təhsil almışdır. ADPU-nun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir. "Azərbaycan qadını" jurnalında işləmişdir.Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuatda şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.  Azərbaycan Yazıçılar Birliyininn üzvü, tanınmış nəğməkar şairə Zivər Ağayeva 2015-ci ildə 81 yaşında vəfat etmişdir.