2 saylı Hacıqabul şəhər kitabxana filialı

2 saylı Hacıqabul şəhər kitabxana filialı
Görkəmli şəxsiyyətlər
23 İyun , 2015

Rusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki,Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin laureatı, "Qazprom" ASC-nin laureatı, N.K.Baybekov adına mükafatın laureatı, A.Nobel adına mükafatın laureatı, Qaz sənayesinin fəxri işçisi, RF-nin Sənaye və Energetika nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Bütün dünyada istifadə olunan 540-dan çox elmi işin (məqalə, kitab, tezis və s.), 120-dən ixtira və 18 elmi əsərin müəllifi.
Ramiz Əlicavad oğlu Qasımov 1958-ci il avqustun 23-də Hacıqabul rayonunun Qarasu kəndində anadan olub.İnstitutu bitirdiyi vaxtdan R.Ə.Qasımovun əmək fəaliyyəti qaz sənayesi ilə sıx bağlıdır. 1981-ci ildən 1991-ci ilədək o, "Türkmənqazprom" BİB-nin Cərcov axtarış qazma idarəsində texnoloq, rayon mühəndislik-texnoloji xidmətinin baş texnoloqu, mühəndis, baş mühəndis, texnoloji şöbənin müdiri, "Türkmənqazprom" BİB-nin, "Türkmənburqazprom" İB-nin baş texnoloqu. Bu dövrdə o sahə və akademik institutlarla, həmçinin buruq quyularının qazma və təmiri üçün yeni texnologiyalar və texniki vasitələri hazırlayanlarla sıx əlaqə saxlayıb, bilavasitə onların sınağını aparırdı, onların tətbiq edilməsində lazımi düzəlişlər edirdi. 10 ilə o, 57 səmərələşdirmə təklifi təqdim edib və onları həyata keçirdib. Bunlarda qazma rejimlərinin təkmilləşdirilməsinə, quyuların qazma və bərkitməsi üçün işlədilən yuyucu və tamponaj məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına, quyuların sınama üsullarının mükəmməlləşdirilməsinə imkan yaradıb. 1987-ci ildə R.Ə.Qasımov Ümumittifaq gənclər üzrə elmi-texniki yaradıcılıq cəmiyyətinin müsabiqəsinin laureatı oldu (SSRİ Elm və texnika üzrə Dövlət komitəsinin diplomu), həmçinin o, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin gənclər arasında müsabiqəsinin laureatı oldu (SSRİ ÜİGC MŞ-nın diplomu). 1988-ci il Türkmənistan Respublikasının İxtiraçılar Şurasının fəxri fərmanınə alıb. 1994-cü il ildə Texnika elmləri namizədi və 1999-cu ildə isə Texnika elmləri doktoru elmi dərəcəsinin diplomunu alıb.1996-cı ildən R.Ə.Qasımov başçılıq etdiyi "Quyuların əsaslı təmiri" şöbəsinin müdiri olaraq həmçinin "Quyuların əsaslı təmiri" elmi işi üzrə baş direktorun müavini vəzifəsini icra edirdi.2005-ci ildə R.Ə.Qasımov baş direktor vəzifəsinə, həmçinin "ŞimQafETLİ" ASC-nin Direktorlar şurasının sədri və üzvü seçilib.İstedadlı təşkilatçı təcrübəli lider R.Ə.Qasımov "Qazprom" ASC sistemində hörmət və nüfuz sahibi olub. İstehsalat, ictimai təşkilat və idarəetmə strykturlarındakı iş təcrübəsi ona imkan verir ki, cari iqtisadi şəraitdə istənilən çətin məsələlərin həllində kollektiv üzvlərinin maraqları ilə birləşdirərək "ŞimQafETLİ" ASC-nin qarşısında duran əsas məsələləri uğurla həyata keçirsin. İşlədiyi müddətdə Quyuların əsaslı təmiri və qazma sahəsindəki topladığı təcrübə onun namizədlik (1994) və doktorluq (1999) dissertasiyalarının müdafiəsində nəzəri cəhətdən ümumiləşdirilib və sistemləşdirilib.2005-ci il "Rusiya Federasiyasının ən yaxşı insanları" diplom və medalına layiq görülüb.2006-cı ildə o, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (diplom BİA) Rusiya iqtisadiyyatı cəmiyyətinin "aparıcı eksperti" seçilmişdir.Ramiz Əlicavad oğlu Rusiya və xarici elmi jurnallarında dərc olunmuş 540 nəşr işinin, o cümlədən 120 ixtira və patentlərin müəllifidir.2008-ci ildə yenidən "ŞimQafETLİ" ASC-nin baş direktoru vəzifəsinə, eyni zamanda direktorlar şurasının sədri və üzvü seçilib və təsdiqlənib. 2009- cu ildə XII Beynəlxalq Sənaye Sərgisinin Qızıl medalı və diplomu, 2013-cü ildə "RF Qaz sənayesinin elm və texnika üzrə mükafatının laureatı,"Energetika və cəmiyyətin inkişafı üzrə problemlərin həllindəki böyük xidmətlərinə görə" mükafatın laureatı olub və RF "Qazprom" ASC-nin fəxri fərmanı ilə təltif olunub.