2 saylı Hacıqabul şəhər kitabxana filialı

2 saylı Hacıqabul şəhər kitabxana filialı
Görkəmli şəxsiyyətlər
23 İyun , 2015

Miryusif Mirnəsiroğlu 1938-ci mart ayının 5-də Hacıqabul rayonunun Qarasu kəndində məşhur dindar, islamın təbliği yolunda əzab-əziyyətlərlə üzləşmiş Mirnəsirullah Ağanın ailəsində dünyaya gəlmişdir.Miryusif Mirnəsiroğlunun ilk eşitdiyi La-İlahə-İlləallah kəlməsi olmuşdur.O, ibtidai sinfi Qarasuda, səkkiz illiyi Hacıqabulda, orta təhsilini isə Bakının 132 saylı orta məktəbində başa vurmuşdur.Hələ orta məktəbdə oxuyarkən bədii qiraətçi kimi Azərbaycan Gənclərinin ilk festivalinın laureatı adını almışdır.Teatr sənətinin tilsiminə düşmüş Miryusif Mirnəsiroğlu poeziya ailəmindən ayrılmadan Sankt-Peterburq Ali Həmkarlar Akademiyasının Mədəni-maarif fakütəsinə daxil olur.Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
Hacıqabul rayonu Kür – Araz ovalığının cənub – şərqində yerləşir. Rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən başlanır. «Hacıqabul» sözünün mənası «Allah sənin Həcc ziyarətin qəbul etsin» deməkdir. Bu sözün yaranması onunla əlaqədardır ki, bu şəhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkəyə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. Buranın şəraiti düşərgə salması üçün çox münasib idi.
O, bir müddət Quba Dövlət Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında işləyib. Sonra Hacıqabul rayonu Qarasu orta məktəbində müəllim, direktor, Şirvan Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, Musiqi məktəbinin direktoru, Pedaqoji məktəbinin dil-ədəbiyyat müəllimi kimi çalışmışdır.
M. Mirnəsiroğlunun 6 övladı, 16 nəvəsi, 2 nəticəsi var. 
Şair-dramaturq Miryusif Mirnəsiroğlu 2012-ci il yanvar ayının 29-da Hacıqabul rayonunda vəfat edib.