2 saylı Hacıqabul şəhər kitabxana filialı

2 saylı Hacıqabul şəhər kitabxana filialı
Rayon haqqında
28 İyun , 2015

Dövlət başçısı Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini əks etdirən stendlərə baxdı. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 – ümumilikdə 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir.Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Layihəyə uyğun olaraq Şirvan-Muğan qrup su kəmərinin inşası 2013-cü ilin sonuna qədər yekunlaşacaqdır. Bildirildi ki, hazırda Kür çayından götürülən içməli su SSRİ dövründə inşa olunmuş qurğuda təmizlənərək Şirvan şəhərinə günün bütün saatlarında, Salyan şəhərinə sutka ərzində 5-7 saat, Neftçala şəhərinə isə sutka ərzində 10 saat verilir. Biləsuvar şəhərinin sakinləri isə Əzizbəyov adına kanaldan götürülən su ilə sutkada cəmi 6 saat təmin edilirlər. Hacıqabul şəhərinə içməli su Kür Sutəmizləyici Qurğular Kompleksindən verilir və istehlakçılar sutkada 14 saat su ilə təchiz olunurlar.Sonra Azərbaycan Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoydu. Dövlətimizin başçısı su kəmərinin tikintisində istifadə olunacaq inşaat materiallarına və avadanlığa baxdı.  Diqqətə çatdırıldı ki, bu layihə çərçivəsində 600-1200 millimetr diametrli borulardan 170 kilometr uzunluğunda magistral xəttin inşası planlaşdırılır. Layihəyə uyğun olaraq, magistral kəmərin Salyan şəhərinə qədər olan hissəsi polad borulardan, buradan Neftçala və Biləsuvara qədər olan hissəsi isə polietilen borulardan çəkiləcəkdir. Həmin ərazilərin fasiləsiz su təchizatını təmin etmək üçün Şirvan və Salyan şəhərlərinin yaxınlığında anbar komplekslərinin inşası da nəzərdə tutulur.