24 saylı Hacıqabul şəhər kitabxana filialı

24 saylı Hacıqabul şəhər kitabxana filialı
Xəbərlər
24 Dekabr , 2016
23 dekabr 2016-cı il tarixində Hacıqabul rayon MKS-nin 24 saylı kitabxana filialı şəhər folklor klubunda Uşaq hüquqları ilə əlaqədar “Dünya uşaqların gözü ilə” adlı tədbir keçirmişdir. Dövlət himnimizin əzəmətli sədaları ilə başlanan tədbirdə  kitabxana işçiləri Mirzəyeva Aytəkin və Hənifəyeva Tamella  iştirakçılara uşaq hüquqları haqqında geniş məlumat verdilər. Şəhərin Fariz Cəbrayılov adına 2 saylı tam orta məktəbinin şagirdlərindən Əlcanlı Nahidə, Quliyev Əli, Süleymanov Mehman, Əliyeva Aydan, Əlcanlı Kənan, Əliyeva Tünzalə, Quliyeva Səidə, Allahverdi Dadaşov adına 5 saylı tam orta məktəbin şagirdlərindən Fidan Qasımlı, Mirzəzadə Hilal, Mirzəzadə Vüsal, Heydərova Xəyalə, Qasımlı Həzrət, Natiq Ağayev adına 4 saylı tam orta məktəbin şagirdi Hüseyn Hüseynli müxtəlif rəqs və səhnəciklərlə  çıxış etdilər. Məktəblilər tərəfindən səhnələşdirilmiş  klassik şairimiz Nizami Gəncəvinin “Atanın oğula nəsihəti” hekayəti, “Bir qalanın sirri” filmindən “Elşənin kitablarla söhbəti”, “Cırtdanın nağılı” hamının xoşuna gəldi. Tədbirin ən maraqlı cəhətlərindən biri də tədbirin gedişi zamanı 2 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Nahidə Əlicanlının  Nizami Gəncəvinin rəsmini çəkməsi oldu. Tədbirin sonunda Hacıqabul rayon MKS-nin direktoru Dövran Həsənov cıxış edərək, tədbir haqqında öz təəssüratlarını bölüşdü.Tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.