8 saylı Atbulaq kənd kitabxana filialı

8 saylı Atbulaq kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
1 Yanvar , 2016

1953-cü il may ayının 26-da Hacıqabul rayonunun Atbulaq kəndində anadan olmuşdur.1973-cü ildə gözdən əlillər məktəbini bitirmiş Əflatun Şükür oğlu Baxşəliyev sonradan Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, müəllim peşəsinə yiyələnmişdir.1983-cü ildə Milli Elmlər Akademiyasının Ədəbiyyat İnistutunun aspiranturasına daxil olan Əflatun müəllim 5 il sonra dissertasiya müdafiə etmiş və hazırda şərəfli müəllim adı ilə yanaşı,həm də fəlsəfə doktoru elmi adını daşıyır.Eyni zamanda, 2004-cü ildən Yazıçılar birliyinin üzvüdür.Neçə-neçə şagirdinə mənəvi valdeynlik etmiş Əflatun müəllim özü də ata və babadır-9 övlad 11 nəvə sahibidir.Əflatun müəllimin 15 şeir kitabı çap olunub.