8 saylı Atbulaq kənd kitabxana filialı

8 saylı Atbulaq kənd kitabxana filialı
Uşaq hüququ
2 Yanvar , 2016

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484; 2001, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 560; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 4, maddə 275) 9-cu maddəsinin ikinci hissəsi həmin maddənin üçüncü hissəsi hesab edilsin və maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Uşaqların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2013-cü il.