8 saylı Atbulaq kənd kitabxana filialı

8 saylı Atbulaq kənd kitabxana filialı
Uşaq hüququ
2 Yanvar , 2016

Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Qanunun tə sir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir.
M a d d ə 2 . Uşaq hüquqları barəsində qanunvericilik Uşaq hüquqları barəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz.
M a d d ə 3 . Uşaqlar barəsində dövlət siyasəti Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.
M a d d ə 4 . Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
M a d d ə 5 . Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır.
M a d d ə 6 . Uşaqların hüquq bərabərliyi Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır.
M a d d ə 7 . Uşağın nümayəndələri Uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir.
M a d d ə 8 . Uşağın yaşamaq və inkişaf etmək hüququ Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
M a d d ə 9 . Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını tə min edir, ekoloji təhlükəsizliyini tə min edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür.Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların
əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.
M a d d ə 1 0 . Uşağın ad və vətəndaşlıq almaq hüququ Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir. Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.
M a d d ə 1 1 . Uşağın tərbiyə almaq hüququ Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq tə lim-tərbiyə müəssisələrində aparılır. Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik
göstərir. Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mə nəvi inkişafına zərərli tə sir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır.
M a d d ə 1 2 . Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal mə lumat verilməlidir. Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna
malikdir. İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər. Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi
və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məs uliyyətinə səbəb olur.
M a d d ə 1 3 . Uşağın zəruri maddi tə minat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
M a d d ə 1 4 . Uşağın vicdan, fikir və söz azadlığı Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.
Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Uşağın səhhətinə zərərli tə sir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.
M a d d ə 1 5 . Uşağın mə lumat azadlığı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən mə lumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır.
M a d d ə 1 6 . Uşağın əsas vəzifələri Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ən ənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf
mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur.
Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur.
I I f ə s i l
UŞAQ VƏ AİLƏ
M a d d ə 1 7 . Uşağın ailədə yaşamaq hüququ Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
M a d d ə 1 8 . Valideynlərindən ayrı yaşayan uşağın hüququ Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
M a d d ə 1 9 . Valideynlərin hüquq və vəzifələri Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas
vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 2 0 . Uşağın mənzil hüququ Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər
üzvləri ilə bərabər hüquqları vardır. Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq
müəssisəsinə, qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar tə min edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
M a d d ə 2 1 . Uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma hüququ Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən hər ikisi və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə isə onların əmlakı hesabına saxlanmaq hüququ vardır.
I I I f ə s i l
UŞAQ VƏ CƏMİYYƏT
M a d d ə 2 2 . Uşağın təhsil almaq hüququ Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil
almaq hüququ vardır. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.
M a d d ə 2 3 . Fitri iste dada malik uşaqlara dövlət qayğısı Dövlət fitri iste dada malik uşaqların erkən yaşdan üzə çıxarılması və onların qabiliyyətinin qiymətləndirilməsi üçün tədbirlər görür, onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən edir, xüsusi təhsil müəssisələrinin sistemini yaradır və maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir.
M a d d ə 2 4 . Uşağın əmək hüquqları Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək
hüququ vardır. Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 2 5 . Uşağın istirahət hüququ Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi tə sirlərə mə ruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və
yaradıcılıq fəaliyyətinə qovuşmasını tə min etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir. Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar istisna olmaqla uşaqların məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər üçün istifadə olunması qadağandır. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.
M a d d ə 2 6 . Uşaqların ictimai təşkilatlarda birləşmək hüququ Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və onlarda birləşmək hüququ vardır. Uşaqların və uşaq ictimai birliklərinin və ictimai özfəaliyyət orqanlarının siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir.
M a d d ə 2 7 . Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Təhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı, tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. Uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin alçaldılması yolverilməzdir.
M a d d ə 2 8 . Uşağın istismardan və zərərli tə sirlərdən mühafizəsi Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir. Uşaqlara qarşı fiziki və psixi zorakılıq, uşaqların cinsi istismarı, onların alkoqolizmə, dilənçiliyə, qumara, fahişəliyə, narkomaniyaya, toksikomaniyaya cəlb edilməsi, cinayətkar məqsədlər üçün onlardan istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq məs uliyyətə səbəb olur.
M a d d ə 2 9 . Uşaqlara sosial yardımlar Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial
yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər. Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır.
I V f ə s i l
ƏLVERİŞSİZ ŞƏRAİTƏ DÜŞMÜŞ UŞAQLARIN MÜDAFİƏSİ
M a d d ə 3 0 . Əlverişsiz şəraitdə yaşayan uşaqların müdafiəsi üzrə dövlət proqramları Dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji fəlakətlər zonasında yaşayan və ya onların tə sirinə mə ruz qalan, habelə yetim uşaqların, natamam (valideynlərdən biri olmayan), aztə minatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının müdafiəsini xüsusi proqramlar əsasında təmin edir.
M a d d ə 3 1 . Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi tədbirləri Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara
baxan müvafiq müəssisələrdə yerləşdirilməsi üsulu ilə tə min edilir. Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və mədəni mənsubiyyəti, dili, tərbiyəsinin varisliyi nəzərə alınmalıdır. Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatındadırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
güzəşt və imtiyazlardan istifadə edirlər.
M a d d ə 3 2 . Övladlığa götürmə Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər tərəfindən övladlığa götürülməsinin, habelə Azərbaycan Respublikası vətəndaşının əcnəbi uşağı övladlığa götürməsinin qaydaları dövlətlərarası müqavilələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 3 3 . İnternat müəssisələrində uşaqların saxlanmasının və tərbiyəsinin şərtləri Uşaq evlərində, internat tipli uşaq müəssisələrində uşaqların tə lim-tərbiyəsinin təşkili və keyfiyyətinə görə həmin müəssisələrin rəhbərləri məsuliyyət daşıyırlar. Antipedaqoji və əxlaqsız hərəkətlərə yol vermiş şəxslərin uşaq müəssisələrində işləməsinə yol verilmir. Uşaq evlərində və uşaq internat müəssisələrində uşaqların hərtərəfli fiziki və mə nəvi inkişafı, şəxsiyyətinin formalaşması məqsədilə ailə şəraitinə yaxınlaşan zəruri maddi və mənəvi-psixoloji şərait yaradılır.
M a d d ə 3 4 . İnternat müəssisələri mə zunlarının müdafiəsi İnternat müəssisələrinin valideyn himayəsindən məhrum olmuş mə zunlarının hüquq və mənafelərinin müdafiəsi bu müəssisələrin rəhbərləri və himayə orqanları tərəfindən həyata keçirilir. Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat müəssisələrinin mə zunlarının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş miqdarda tə minat almaq hüququ vardır. Yaşayış sahəsi olmayan mə zunların yetkinlik yaşına çatana qədər bu müəssisələrdə qalmasına icazə verilir.
M a d d ə 3 5 . Sağlamlıq imkanları məhdud uşaqların müdafiəsi Sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ
vardır. Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaq sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür.
M a d d ə 3 6 . Sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxslərə verilən
güzəştlər Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir və uşağa qulluq edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş məbləğdə müavinət ödənilir. Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. 

M a d d ə 3 7 . Hərbi münaqişələr dövründə uşaqların müdafiəsi Azərbaycan dövləti onun hərbi münaqişələrə cəlb edildiyi ərazidə olan uşaqların müdafiəsini beynəlxalq hüquqi normalara uyğun olaraq tə min etməyi öz üzərinə götürür. Hərbi idarələr döyüş əməliyyatları zonasında olan uşaqların təhlükəsiz yerlərə köçürülməsi, onların həyatının və sağlamlığının mühafizəsi üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər. 15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa iştirakı qadağan edilir. Uşaqların hərbi-təhsil məktəblərinə cəlb edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 3 8 . Təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqların müdafiəsi Dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar nəticəsində əlverişsiz şəraitə düşmüş və ya zərər çəkmiş uşaqlara tə cili əvəzsiz kömək göstərir, onların təhlükəsiz yerlərə köçürülməsi üçün tə xirəsalınmaz tədbirlər görür. Belə uşaqlar valideynlərini itirdikdə onlar valideyn himayəsindən məhrum olmuş digər uşaqlar üçün nəzərdə tutulmuş qaydada dövlət tərəfindən müdafiə olunurlar.
M a d d ə 3 9 . Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi Qaçqın və ya məcburi köçkün olan uşaqların müvafiq status almaq hüququ vardır. Dövlət  onları lazımi müdafiə və humanitar yardımla tə min etmək üçün tə cili müvafiq tədbirlər görür, belə uşaqların valideynlərinin axtarılmasını təşkil edir, bu məqsədlə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, qeyri-dövlət təşkilatlarının fəaliyyətinə zəruri köməklik göstərir.

M a d d ə 3 9 - 1 . Uşaqların baxımsızlığının və hüquq pozuntularının profilaktikası Dövlət qanunvericiliklə müəyyən edilmiş qaydada uşaqların baxımsızlığının və hüquq  pozuntularının profilaktikasını həyata keçirir.

M a d d ə 4 0 . İnzibati xəta törətmiş uşaqların işlərinə baxılmasının xüsusiyyətləri İnzibati xəta törətmiş uşaqların işlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və orqanlar tərəfindən baxılır. Həmin uşaqlar barəsində qərar çıxarılarkən uşağa humanist mövqedən yanaşılmalıdır. Tənbeh tədbirləri seçilərkən işin halları, uşağın yaşı, həyat şəraiti, səhhəti, psixi inkişafı və təhsili nəzərə alınmalıdır.
M a d d ə 4 1 . Xüsusi tərbiyə müəssisələrində olan uşaqların hüquqları Uşaqların xüsusi tə lim-tərbiyə, yaxud ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir.
Xüsusi tə lim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb müəssisələrində olan uşaqların onlarla humanist davranması, səhhətinin mühafizəsi, zəruri təhsil və peşə hazırlığı almaq, mə zuniyyət, yazışma, valideynləri və qohumları ilə görüşmək hüququ vardır.
M a d d ə 4 2 . Cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin xüsusiyyətləri Uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsi ilə müəyyən edilir. Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr Tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir. Həbs edilmiş uşağı onun mənafeyinin tələb etdiyi hallardan başqa yaşlılarla bir yerdə saxlamaq qadağan edilir. Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş uşaqlar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə müəssisələrində saxlanılırlar. Uşaqların saxlandığı tərbiyə müəssisələrinin müdiriyyəti onların vicdanlı və layiqli vətəndaş kimi yetişməsi, müvafiq təhsil və peşə vərdişləri əldə etməsi üçün müvafiq şərait yaratmalıdırlar.

V f ə s i l
YEKUN MÜDDƏALAR
M a d d ə 4 3 . Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
M a d d ə 4 4 . Bu Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
M a d d ə 4 5 . Beynəlxalq müqavilələr Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 1-ci maddədə "çatmamış" sözü "(yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən" sözləri ilə əvəz edilmişdir.

4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 70) ilə 4-cü maddənin mətni ikinci hissə hesab olunmuşdur və maddəyə birinci hissə əlavə edilmişdir.

4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 70) ilə 9-cu maddənin ikinci hissəsində “bağlı” sözündən sonra “və  uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər” sözləri əlavə edilmişdir.

18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 9-cu maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Alkoqol və tütün mə mulatlarının uşaqlara satılması, habelə onların istehsalında və satışında uşaq
əməyindən istifadə edilməsi qadağandır. 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 9-cu maddəsinin ikinci hissəsində “, narkotik vasitələrin və preparatların” sözləri çıxarılmışdır, “işlərində” sözündən sonra “, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə” sözləri əlavə edilmişdir.
12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 12-ci maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Uşaq, valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən qəddar rəftara mə ruz qaldıqda müvafiq icra hakimiyyəti və prokurorluq orqanları, ictimai təşkilatlar vasitəsilə müdafiə olunmaq hüququna malikdir. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 21-ci maddədə "itkin düşmüş" sözlərindən sonra "və ya ölmüş" sözləri əlavə edilmişdir.

5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82) ilə 25-ci maddəsinə dördüncü hissə əlavə edilmişdir.
5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 28-ci maddənin ikinci hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Uşaqların şərəf və ləyaqətinə qəsd edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məs uliyyətə səbəb olur.
5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 28-ci maddənin birinci hissəsində "əməkdən" sözündən sonra "və təsirlərdən" sözləri əlavə edilmişdir.
15 noyabr 2001--ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 35-ci maddəsinin birinci hissəsində "pulsuz və ya güzəştlə" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada" sözləri ilə əvəz edilmişdir.
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında və birinci hissədə “Əlil, əqli və fiziki çatışmazlıqları olan” sözləri “Sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir və ikinci hissədə “əlilliyinin” sözü “sağlamlıq imkanları məhdudluğunun” sözləri ilə əvəz edilmişdir. 

13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında “Əlil” sözü “Sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir, birinci hissədə “16 yaşınadək əlil” sözləri “Sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilmişdir və ikinci hissədə “əlillik qrupu
verilənədək” sözləri “sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək” sözləri ilə əvəz edilmişdir.
20 fevrel 2001--ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143) ilə 36-cı maddəyə ikinci hissə əlavə edilmişdir.
30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75) ilə 39-1-ci maddə əlavə edilmişdir.

30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 40-cı maddəsinin adında və mətnində "hüquq pozuntusu" sözləri "xəta" sözü ilə əvəz edilmişdir.
5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 42-ci maddəsinin birinci və ikinci hissələri yeni redaksiyada verilmişdir. Əvvəlki
redaksiyada deyilirdi: Uşaqlar barəsində istintaq hərəkətləri onların ləyaqət və mənliyini qoruyan, yaşını və fərdi xüsusiyyətlərini nəzərə alan xüsusi metodika əsasında aparılmalıdır. Uşaq şübhə edilən şəxs, müttəhim qismində cəlb edildiyi və ya tutulduğu andan müdafiəçi ilə tə min olunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda istintaq hərəkətləri uşağın valideynlərinin, digər qanuni nümayəndələrinin və ya müəlliminin iştirakı ilə aparılır.