17 saylı Meynəman kənd kitabxana filialı

17 saylı Meynəman kənd kitabxana filialı
Xəbərlər
9 Dekabr , 2016
08.12.2016-cı il tarixində Hacıqabul rayon MKS-nin 17 saylı Meynəman kənd kitabxana filialı Meyneman Folklor evi ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin vəfatınn 13-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə Meynəman kənd kitabxana filialının müdiri Söhbətov Əzim çıxış edərək demişdir ki, 2003-cü il dekabr ayının 12-si Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.
Foto Qalereya