12 saylı Kürçülü kənd kitabxana filialı

12 saylı Kürçülü kənd kitabxana filialı
Haqqımızda
7 İyul , 2015

İctimai Hüquqi İnformasiya Mərkəzi 28 fevral 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı ilin dekabr ayının 28-də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” imzaladığı sərəncama əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" na Azərbaycan Respublikası Prezidentinin 2011- ci il tarixli Sərəncamının 4.15 bəndinin icrasını təmin etmək məqsədi ilə Hacıqabul rayon Mərkəzi Kitabxanası və onun kitabxana filiallarında insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi və Milli Fəaliyyət Proqramının həyata keçirilməsi istiqamətində işlər davam etdirilmişdir. Bununla bağlı Hacıqabul rayon Mərkəzi Kitabxanasında “Hüquq və informasiya mərkəzi” və “Uşaq hüququ” şöbəsi fəaliyyət göstərir. Rayon Mərkəzi Kitabxanasının və kitabxana filiallarının fondları “Azərbaycan Respublikasının Konstitusiyası”, “İnsan hüquqları”, “Dövlət və hüquq nəzəriyyəsi”, “Çoxşaxəli Beynəlxalq Hüquq”, “Hüquq azadlığımızın ölçüsü”, “Ailə Nikah Məcəlləsi”, “Əmək Məcəlləsi”, “Baxımsızlıq və hüquq pozuntuları” adlı ədəbiyyatlarla zənginləşdirilmişdir. 2013-cü ildə keçirilən “İnsan Hüquqları aylığı” və 2014-cü ildə keçirilən “Sülh aylığı” çərçivəsində tədbirlər keçirməklə yanaşı, insan hüquqları sahəsində maarifləndirmə işini genişləndirmək məqsədi ilə kitabxanalarda “İnsan və vətəndaş hüquqlarının azadlıqlarının təminatı”, “Azadlıq hüququ”, “Təhlükəsiz yaşamaq hüququ”, “Sosial təminat hüququ”, “Mədəniyyət hüququ”, “Təhsil hüququ”, “Şərəf və ləyaqətin müdafiəsi hüququ” mövzularında kitab sərgiləri təşkil edilib, söhbətlər, dəyirmi masalar təşkil edilməklə yanaşı məruzə və mühazirələr oxunmuşdur.