13 saylı Qızılburun kənd kitabxana filialı

13 saylı Qızılburun kənd kitabxana filialı
Xəbərlər
6 Sentyabr , 2016
05.09.2016-cı il tarixində Pir Hüseyn Xanəgahı Tarix Memarlıq Qoruğunda maraqlı və yaddaqalan tədbir keçirildi. Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin tədbirlər planına uyğun olaraq MKS-nin 4 saylı Rəncbər, 12 saylı Kürçülü, 13 saylı Qızılburun kənd, 11 saylı Navahı qəsəbə kitabxana filialları, Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyi Pir Hüseyn Xanəgahı Tarix Memarlıq Qoruğunda tədbir keçirmişdir. Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin əl işləri, Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları və müxtəlif mövzularda kitab sərgiləri əks etdirilmişdir. Açıq havada təşkil olunmuş kitab sərgiləri, əl işləri, muzey eksponatları ziyarətçilərin, eyni zamanda Pirsaatçay kənd sakinlərinin böyük marağına səbəb olmuşdur.Tədbirdə həmçinin rayonumuzun qonağı olan "Zəhmətkeş Ulduzlar" proqramının aparıcısı və digərləri iştirak etmişlər. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov tədbir iştirtakçıları qarşısında çıxış edərək bildirmişdir ki, mədəniyyət müəssisələri tərəfindən tez-tez rayonumuzun müxtəlif yerlərində, idarə və təşkilatlarında, eləcədə Pir Hüseyn Xanəgahı Tarix Memarlıq Qoruğunda müxtəlif səpgili “Səyyar kitabxana” və “Açıq kitabxana” adlı sərgilər təşkil olunur. Qonaqlar sərgilərlə tanış olaraq, keçirilən tədbir haqqında öz münasibətlərini bildirmişdilər. Sonra "Zəhmətkeş Ulduzlar" Hacıqabul rayon Heydər Əliyev Mərkəzində olmuş, Mərkəzin xatirə kitabına öz ürək sözlərini yazmışdır.
Foto Qalereya