7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Rayon haqqında
12 Yanvar , 2016

Qubalı Baloğlan kəndinin yeri isə Cır Təkləlilərin olmuş, Baloğlan bəy buranı ili 10 baş quluna (biryaşar at balasına) icarəyə götürmüşdür. Qubalılar əvvəlcə Pir Hüseyn Xanəgahının yuxarısında, sonra isə aşağındakı “Muncuqlu” adlandırılan yerdə məskunlaşmışlar.

Qubalıların “Qoşa gərmə” və “Ləzgi qışlağı” adlı yataqları olmuş, həmin yerlərin üstündə qubalılala buranın əvvəlki sahibləri olan Cır Təklələr arasında mübahisə yarandığından Qubalılar Şamaxı Qubernatoruna 600 qoyun hədiyyə verib yeri adlarına saldırmışlar. Qubalı-Baloğladakı tayfa adlarından: Dəyirmançılar, Davuddular, Bayramlılar,  Mollakamallılar, Assanlılar, Əngəlannlılar, Əsgərlilər və s. Qubalının Molla Danyar (Hacı Nəcəf Mursaquliyev) adlı şairi olmuş, 1929-cu ildə Şamaxıda xalq düşməni (vergi vermənin əleyhdarı) kimi güllələnmişdir.

Molla Daniyarın şeirlərindən nümunələr:

Bax, möhtərəm Peyğənbər Quran ilə nə deyir:

“Ara hər yerdə elmi,o yer əgər Çin olsa,

Elm öyrənmək fərzdir hər mömün üçün olsa”.

Bax Əliyyül-Mürtəza nə deyir,dinləsənə:

“Kölə olaram mənə bir hərfi öyrədənə”.

Osmanın bu kəlamı məşhurdu o zamanda:

“Elm öyrənənin nə qədər ömr etsəniz cahanda”

Yaxud:

Deyib: “Əli Əkbərin!”-Alış,yan,Molla Daniyar!

Fəda elə yolunda şirin can, Molla Daniyar!

Müdam ağla gözündən axıt qan, Molla Daniyar!

Olub qəddi-qiymətin kaman, Əli Əkbərin!

Qubalıların çox mərd, döyüşkən olduğu da dillərdə əzbər olmuş, hətta bir yerli məsələ də düşmüşdür: “Navahıya getdin-ayaq götür, Rəncbərə getdin-çörək götür.,    Qubalıya getdin-dilək (silah) götür!”.

1918-ci ildəki erməni-müsəlman davasında Qubalılar kəndə hücum etmiş ermənilərlə mərdliklə vuruşmuş, ermənilər isə yüzbaşı seçmək adı ilə sağ qalmış qubalıları bir yerə yığaraq namərdcəsinə gülləbaran etmişlər...

Qubalı-Baloğlanlılar ermənilərlə axrıncı müharibədə-Qarabağ müharibəsində də kəndlərinin ənənələrinə sadiq qalmış, rayonda ən çox şəhid vermiş kəndlərdən olmuşlar.