7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Rayon haqqında
12 Yanvar , 2016

Minarə - Qubalı-Baloğlan kəndində yerləşir. XIII əsrə aid tarixi abidədir. Ölkə əhəmiyyətlidir. Xanəgahın ümumi həcmindən yuxarı yüksələn minarə, kompleksin funksiyasına müəyyən aydınlıq gətirir. Həyətin və bütün kompleksin dominatı olan minarə Şirvan bölgəsində minarə kompozisiyasının yeni mərhələsini özündə əks etdirir. Minarənin giriş qapısı üzərində XIII əsr üçün səciyyəvi olan süls xətti ilə qoyulmuş böyük bir daş kitabədə bildirilir ki, ”Ulu Şeyx Pir Hüseynin Xanəgahında olan bu minarə tikilisi ədalətli padişah Menkü Buğa Xaqanın dövründə Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılmışdır". Silindirik gövdəli minarənin səkkiz üzlü təməlində giriş qapısından sol tərəfdə onun Şirvanşah II Axsitanın hakimiyyəti dövründə hicri 654-ci ildə (miladi 1256-cı ildə) ucaldığını bildirən məlumat daş kitabə şəkilində minarəyə daxıl edilmişdir. Gövdənin üstündə, stalaktik karnizin altında olan başqa bir kitabdə Şirvanşah Gərşasb ibn Axsitanın əmri ilə hicri 693-ci ildə(miladi 1249-cu ildə) tikildiyi bildirilir. Ondan sağdakı daş lövhədə oyulmuş iki sətirlik yazıda “Minarənin memarı Şəmsəddin Məhəmməd Əbül Abbas, Mahmud ibn İbrahimin əməli” məlumatı həkk olunmuşdur. Bu kitabələr göstərir ki, minarənin inşası 1256-cı ildə Şirvanşah II Axsitanın zamanında başlamış və 1295-ci ildə onun oğlu Gərşasb tərəfindən tamamlanmışdır. Kitabədə maraqlı cəhət odur ki, monqolların Pir Hüseyn Xanəgahına gəlir verən vəqfləri olmuşdur. Monqolların Xanəgaha vəqflər bəxş etməsindən görünür ki, Xanəgahın nüfuzundan, sufilik təsəvvüf cərəyanının həmin dövrdə Azərbaycanda kəskin mübariz bir forma aldığından ehtiyat edirmişlər.

Pirsaatçay xanəgahının kitabəsi                       Pirsaatçay xanəgahının mehrabı