7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Rayon haqqında
12 Yanvar , 2016

Qubalı-Baloğlan kəndində, Pis Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. XIII əsrə aid tarixi abidədir. Ölkə əhəmiyyətlidir. Məscid və onun yanındakı tikililər dördkünc qala divarının içində yerləşir. Məscidin yolu qalanın şərq divarına bitişik tikilmiş otaqdandır. Məscidin daxili cənub divarı müxtəlif naxışlarla bəzədilmişdir. Mərkəzi hissədə mehrab, onun hər iki tərəfində isə pannolar vardır. Mehrabın yalnız orta hissəsindəki yazıda mina fraqmentləri qalmışdır.  Məscidin gəcdən düzəldilmiş mehrabı Nizami adına ədəbiyyat muzeyində saxlanılır. Üstündə tikilmə tarixi qalmayan məscidin plan məkan quruluşu İçərişəhərdə yerləşən Aşur məscidininki ilə eynidir. Məscid düzbucaqlı plana malik olub sivri tağbəndlə örtülən uzunsov ibadət salonunun örtü konstruksiyasına əlavə möhkəmlik üçün ortada tağ qurulmuşdur. Onun giriş qapısı şərq fasada assimtrik çıxır. Bu qapı önündə vaxtilə Bakıdakı Sınıqqala məscidində olan sayaq astanakiçik vestibül varmış. Plan-məkan quruluşundakı bu özümlüklərə əsaslanan mütəxəssislər Pirsaat məscidinin XI – XII yüzillərin qovşağında inşa edildiyini söyləmişlər. Türbəyə bitişik olduğundan məscidin daş döşəməli ibadət salonu həm də siyarətxana idi. XIII yüzilin ortasından ziyarətgahın nüfuzunun artması ilə bağlı burada tikinti və bəzək işləri genişləndirilir. Xanəgahın giriş qapısı üzərində tikinti tarixi 1243 – cü ildir. Məscidin zəngin bədii yapma gəc naxışlı mehrabı və Pir Hüseyn türbəsinin çoxrəngli kaşı bəzəyi həmin ilin əsəridir.