7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Rayon haqqında
12 Yanvar , 2016

Qubalı-Baloğlan kəndində, Pis Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. XIII əsrə aid tarixi abidədir. Ölkə əhəmiyyətlidir. Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq kompleksi Abşeron qalaları tipində inşa olunub. Qala divarları 1244-cü ildə Şirvanşah Fərubruzun vaxtında vəzirin pulu ilə inşa edilib. Axırıncı təmir işi XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən aparılıb. Xanəgahı dövrələyən qala divarları içərisində iri olmayan,həcmli baştağ şəkilində həll edilmiş giriş qapısı mürəkkəb konfiquriyasiyalı, daş döşəməli iç həyətə açılır. Onunla üz-üzə məcsidin giriş qapısı yerləşir. Həyəti dövrələyən bina və yerləşgənlərin hamısı tağbəndli örtülü olub, yastı damlarının müxtəlif səviyyələri ilə maraqlı həcm quruluşu yaradır.