7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
12 Yanvar , 2016

Aktyor, rejisor,ssenari müəllifi,rejissor assisenti Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandı. Ana tərəfi Haşimi krallığından olduğu üçün həşimxanlılar deyərmişlər. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962-1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır. (1971-1973) 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimidir. Əbdül Mahmudovun ulu babası Hacı Şeyx Mürsəl ağa XVII əsrdə Ərdəbildə Şah İsmayıl Xətainin ulu babası olmuş Şeyx Səfiəddin Ərdəbilinin darülfünununda ilahiyyat elmi üzrə təhsil almışdır. Sonradan göndərişlə Şamaxı şəhərinə gəlib.