7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
12 Yanvar , 2016

Əzizağa Ağalar oğlu Əzizov 1960-cı ilin 20 oktyabrında Hacıqabul ( O zamankı Qazı-Məmməd) şəhərində anadan olmuşdur.1968-ci ildə Qazıməmməd şəhər 6 saylı orta məktəbin 1 -ci sinfinə qəbul olunmuş,1976-cı ildə 8-ci sinfi bitirmiş, IX və X sinifləri şəhər 7 saylı orta məktəbdə oxumuşdur.1978-ci ildə orta təhsilini başa vurduqdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə vermiş və qəbul olunmuşdur.1983-cü ildə ali təhsilini başa vurduqdan sonra sovet ordusu sıralarına çağrılmışdır.Hərbi xidmətdən sonra təyinatla Gəncə Dövlət Dram Teatrına göndərilmişdir.5 aydan sonra Mədəniyyət Nazirliyinin göstərişi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına köçürülmüşdür.O,1986-2006-cı illərdə Opera və Balet teatrında işləməklə yanaşı, müqavilə ilə Musiqili Komediya Teatrında, bir müddət sonra “Bəşir” teatrında çalışmışdır.1988-ci ilin həyacanlı günlərində xalq hərəkatına qoşulmuşdur.1992-ci ildə 703 saylı hərbi hissəsinin tərkibində olan könüllülərdən ibarət ikinci Bakı batalyonunda Qarabağ döyüşlərində iştirak etmişdir.Əzizağa Əzizov yaradıcılığına 2006-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında davam etdirmişdir.Sənətdə olduğu bu illər ərzində teatrda oynadığı rollarla yanaşı, onlarla televiziya tamaşalarında və teleseriallarda çəkilmişdir.Ailəlidir.İki övladı var.