7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Tədbirlər
30 Mart , 2017

Hacıqabul rayon Qubalıbaloğlan kənd 7 saylı kitabxana filialı və kənd məktəbinin təşkilatçılığı ilə Qarabağ döyüşlərində şəhid olmuş Abdullayev Rahimin anım günü keçirilmiş, Qubalıbaloğlan kənd Şəhidlər Xiyabanı ziyarət olunmuşdur.Tədbirdə Rahimin keçdiyi həyat yolundan, döyüşlərdə iştirakından söhbət açılaraq qeyd edilmişdir ki, Şaumyankənd, Qaraçinar, Talış,Aşağıçaylı, Maqavuz,  4-cü sovxoz, Yuxarıçaylı, Həsənqaya, Naxçıvanik,  Marağa,  Qırmızıkənd  yaşayış  məntəqələrində  döyüşlərdə iştirak  edən  həmyerlimiz  Ağdərə  uğrunda  gedən  mübarizə  zamanı qəhrəmancasına şəhid olmuşdur.