6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
29 İyun , 2015

ATU-nun professoru, Elmi şurasının üzvü,Doktorluq Dissertasiya Şurasının Elmi katibi. Saday Əliyev 1948-ci il iyulun 1-də rayonumuzun Navahı kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır.1966-cı ildə Nizami adına Navahı kənd orta məktəbinin 11-ci sinifini qızıl medalla bitirmişdir. Elə həmin il N.Nərimanov adına Azərbaycan Tibb Universtetinin müalicə-profilaktika fakultəsinə daxil olmuş,1972-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Saday Əliyev 1972-1974-cü illərdə Almaniyadakı Sovet Qoşun qruplarının tərkibində hərbi həkim, 1974-1978-ci illərdə Bakı şəhəri,Qaradağ rayonunun 23 saylı birləşmiş xəstəxanasında cərrah işləmişdir.Lakin, Saday həkim işləməklə yanaşı,elmin sirlərinə yiyələnmək arzusu ilə yaşayırdı. Bu istəklə o,1978-ci ildə ATU-nun “Cərrahaiyyə” ixtisası üzrə kliniki ordinaturasına daxil olmuş,1980-cı ildə oranı bitirdikdən sonra I hospital cərahiyyə kafedrasında baş loborant vəzifəsində saxlanmışdır.1988-cı ilədək I cərrahi xəstəliklər kafedrasının assisenti, 1996-2006-cı illərdə dosent vəzifələrində işləmişdir. 1988-ci ildə “Yüksək risk qrupundan olan xəstəliklərdə öd daşı xəstəliyinin müasir operativ müalicəsinin təhlili” mövzusunda namizədlik dissertasiyasını, 2001-ci ildə isə “Cənbər bağırsağın şişmənşəli obturasion keçməzliyinin cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları” mövzusunda doktorluq dissertasinyasını müdafiə etmişdir. Saday Ağalar oğlu Əliyev 2006-cı ildə ATU-nun Elmi şurasının qərarı ilə I cərrahi xəstəliklər kafedrasının professoru seçilmişdir. O, Tibb Universitetinin Elmi şurasının üzvü,Doktorluq Dissertasiya Şurasının Elmi katibidir.Yerli və müxtəlif ölkələrin mətbuatında dərc olunmuş 230 elmi məqalənin , 5 metodik tövsiyənin,7 səməriləşdirici təklifin, 3 tədris-metodik vəsaitin, 3 monoqrafiyanın,1 dərsliyin və ixtira patentinin müəllifidir. Bu fədakar insan Vətənin ağır günlərində 1992-1994-cü illərində könüllü olaraq cəbhə bölgəsinə yollanmış, Qazax rayonunun Ermənistanla sərhəd bölgəsində yaralı əsgərlərmizə tibbi yardım göstərərək, önəmli əməlyyatları birbaşa cəbhə bölgəsində həyata keçirmişdir.Professor Saday Əliyev tək vətəndə deyil,xaricdə də çox tanınmışdır.O,1995-ci ildən Nyu-York Elmlər Akademiyasının və 1998-ci ildən N.Piroqov adına Rusiya Cərrahlar Assosiasiyasının üzvüdür. 2007-ci ildə professor Saday Əliyevin adı Amerika Biblioqrafiya İnstitutunun Baş Redaktorlar İdarəsinin geniş tirajla planlaşdırdığı “XXI əsrin böyük zəkaları”seriyasından olan kitaba salınmışdır. Topluda öz elmi və ictimai-siyasi nailiyyətləri ilə tanınmış Albert Eynşteyn, Mark Tven, Martin Lüter Kinq, Dalay Lama, Mahtama Qandi,Tereza Ana, Marqaret Tetçer,Con Kennedi kimi şəxsiyyətlərin siyahısı dərc olunacaqdır.Bu siyahıya baxanda ürəyin fərəhlə döyünür,çünki həmyerlimizin adı dünyanın böyük şəxsiyyətləri ilə bir cərgədə durur .Nyu-York Biblioqrafiya İnstitutu keçən il və bu il professor Saday Əliyevi “ilin adamı ” élan etmişdir.2010-cu ildə bu görkəmli elm adamı Nyu-York Elmlər Akademiyasının qızıl medalına layiq görülmüşdür.Professor Saday Əliyev təcürbəli klinisist, yüksək ixtisaslı və geniş diapazonlu cərrah kimi ölkəmizdə şöhrət qazanmışdır.