6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Azərbaycanlıların soyqırımı
29 İyun , 2015

1916-cı ildə Osmanlı imperiyasının çətin dövründə ermənilər silahlanaraq, arxadan zərbə vuraraq, dinc türklərə qarşı əsl soyqırıma başladılar. 1918-ci ilin iyununda Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Komissarı M.Hacinski hökumətə müraciət edərək yazırdı ki, artıq dörd aydır erməni quldurları müxtəlif istiqamətlərdə azğınlıq edərək, görünməmiş dərəcədə qırğınlar, talanlar törədirlər. Erməni fitnəkarlarının dünya içtimaiyyətinə törətdikləri əməlləri başqa cür verməsinin qarşısını almaq üçün təcili Fövqalədə istintaq Komissiyasının yaranmasını tələb edirdi. 1919-cu ilin fevralında İstintaq komissiyasinin Bakı Quberniyası, Şamaxı qəzası, Abdulyan məntəqəsinin pristavı Hacıbəyovun Azərbaycan Respublikası Fövqəladə Hökumət Komissiyasına göndərdiyi məlumatda deyilir: "Burada mənə həvalə olunmuş məntəqənin, 1918-ci ilin yazında erməni əsgərlərinin hücumları zamanı yandırılmış, talan edilmiş və ümumiyyətlə maddi ziyan çəkmiş müsəlman kəndlərinin siyahısını göndərirəm."(7 fevral 1919) Siyahıda 17 kənd qeyd olunmuşdur. Biz əsasən Navahı, Rəncbər, Qubalıbaloğlan, Abdulyan, Padarqışlaq, Meynəman, Talış, Şorbaçı və Paşalı kəndləri üzərində dayandıq. Bu saralmış səhifələrdə minlərlə qanı batmış, unudulmuş ataların, anaların, bacıların, qoca və uşaqların ah-naləsini hiss etdik. Tərtib edilmiş aktlar ağsaqqalların, kəndxudaların dindirilmə protokolları dəhşətlərdən xəbər verir.Navahı kəndinin kəndxudası Əziz Bağır oğlunun ifadəsindən məlum olur ki,erməni- bolşevik dəstələri zirehli qatarla Navahı kəndinin 2 versliyində dayanmışlar. Sakinlər qorxu içərisində yaşayırdılar. 2-3 gündən sonra erməni quldur dəstələri kəndə dolub, evləri axtarmağa başlayır. Camaata kəndin mərkəzinə toplaşmağı əmr edirlər. Cəlladların atəşindən özünü xilas etməyə çalışan qadın və uşaqlar kənddən qaçmaq istədikdə atəşə məruz qalırlar. Küçələrə səpələnən erməni vəhşiləri ağlasığmaz vəhşiliklərə əl atırlar. Qarşılarına çıxanların fərqinə varmadan gülləbaran edirlər. Konkret olaraq 1918-ci ildə Hacıqabul rayonunda quldur Stepan Lalayevin dəstəsinin törətdikləri dəhşətləri açıqlayırıq:  Navahı kəndində həmin hadisə vaxtı 955 nəfər sakin qətlə yetirilir. 555 kişi öldürülür, əksəriyyətinin başı kəsilir, 260 qadın və 140 uşaq qətlə yetirilir.Gözlərini qan tutmuş erməni vəhşiləri günahsız uşaqları nizələrə keçirir, atıb-tutur, qadınların döşlərini kəsirdilər. Zorlanma hadisələri də baş verirdi. Əhalinin müəyyən xilas olan hissəsi Qubalıbaloğlan kəndinə tərəf qaçır. 2000 evdən 1500-i yandırılır.60 nəfərə yaxın sakin yaralanır, məktəb , idarə binaları, məscid, ərzaq anbarı, dəyirman, ticarət köşkləri, mağazalar yerlə yeksan edilir. Bütün kənd təsərrüfatı malları, qaramal, qoyunlar, ev əşyaları mənimsənildi. Qalan kəndlərdə də qətl-qarətlər davam etdirilmişdir. Qubalıbaloğlan kəndində 535 nəfər:-250 kişi,150 qadın, 135 uşaq öldürülmüş, 69 nəfər:-32 kişi, 16 qadın, 21 uşaq yaralanmışdır. Rəncbər kəndində 137 nəfər qətlə yetirildi. Onların 62-si kişi, 45-i qadın, 30-u uşaq idi. 102 nəfər isə yaralanmışdır: - 42 kişi, 35 qadın 25 uşaq. Abdulyan (indiki Abdulabad) kəndində cəmi 90 nəfər qətlə yetirildi: - 50 kişi, 25 uşaq, 15 qadın, Meynəman kəndində 45 nəfər: - 23 kişi, 10 qadın, 12 uşaq qətlə yetirildi, 6 nəfər kişi isə yaralandı. Şorbaçı kəndində 50 nəfər öldürüldü: - 35 kişi, 10 qadın, 5 uşaq. Talış kəndində əhali Kür çayının o biri tərəfinə keçdiyi üçün yalnız evlər talan edildi. Ümumiyyətlə, Hacıqabul rayonunda cəmi 1972 nəfər əhali qətlə yetirildi. 1080 kişi, 525 qadın, 367 uşaq vəhşiliyin qurbanı oldu. 225 nəfər sakin: - 134 nəfər kişi, 45 nəfər qadın, 46 uşaq yaralandı. 314 ev dağıldı, 1714 ev isə yandırıldı. Təkcə Hacıqabulda 367 uşaq qətlə yetirilib. Navahıda şahid ifadəsində deyilirdi ki, uşaqları göyə tullayıb süngü ilə deşik-deşik edirdilər. 17804 baş iribuynuzlu heyvan, 105407 baş xırdabuynuzlu heyvan oğurlandı.Təkcə Padar qışlağından 66000 xırdabuynuzlu heyvan aparıldı. Ümumi dəyən ziyanın məbləği o vaxtkı pulla 280478000 (rubl) idi. Padar qışlağına hücum zamanı dəyən ziyan, qətl-qarət barədə yazan Fövqəladə İstintaq Polis Komissiyasının üzvü Novaqski bildirdi ki, hücum edən erməni quldurlarının bəzilərini Padar icmasının başçısı Ağacan İbad oğlunun göstərdiyinə görə əhali tanıyıb. Ermənilər hər cür vandalizmə əl atırlar. Azərbaycan türklərinə məxsus izləri itirmək üçün toponimləri dəyişir, tarixi abidələri, qəbristanlıqları məhv edirdilər.  Qırğın törədən vəhşilərin içərisində Şamaxı və ətraf kəndlərində yaşayan ermənilər varmış. Dəstə başçısı quldur və qaniçən Stepan Lalayan (Lalayev) idi. Azərbaycan xalqı erməni vəhşilərinin torpaqlarımızda, doğma yurd-yuvamızda törətdiyi vəhşilikləri heç vaxt unutmamalıdır.