20 saylı Padar qəsəbə kitabxana filialı

20 saylı Padar qəsəbə kitabxana filialı
Tədbirlər
26 Avqust , 2016
23 avqust 2016-cı il tarixində Hacıqabul rayon MKS-nin 20 saylı Padar qəsəbə kitabxana filialı yay mövsümü ilə əlaqədar olaraq açıq havada səyyar kitabxana təşkil etmişdir. Səyyar kitabxanada klassik və müasir Azərbaycan ədəbiyyatına, Azərbaycanın tarixinə, incəsənətinə, mədəniyyətinə, eyni zamanda uşaq ədəbiyyatına aid kiçik həcmli nağıllar, jurnallar nümayiş etdirilmişdir. Sərgilənən kitabların içərisində kitabxananın fonduna daxil olmuş yeni ədəbiyyatlar da öz əksini tapmışdır. Padar qəsəbə məktəbinin şagirdləri, qəsəbə sakinləri, kitabxananın fəal oxucuları tədbirdə fəal iştirak etmişdir.