4 saylı Rəncbər kənd kitabxana filialı

4 saylı Rəncbər kənd kitabxana filialı
Xəbərlər
8 May , 2016
07 may 2016-cı il tarixində Hacıqabul rayon MKS-nin 4 saylı Rəncbər kənd kitabxana filalı kənd məktəbilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyinə həsr olunmuş Kitab bayramı keçirmişdir. Kitab bayramında məktəbin müəllimləri, şagirdləri, kənd sakinləri yaxından iştirak etmişlər. Kənddə ilk dəfə keçirilən Kitab bayramı böyük maraqla qarşılanmışdır. Kitabxananın işçisi Alma İbrahimova tədbir iştirakçılarına ölkəmizdə ənənəvi olaraq keçirilən Kitab bayramları haqqında danışaraq qeyd etmişdir ki, bu bayramların keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Sonra məktəblilər Vətənpərvərlik mövzusunda şeirlərlə çıxış etmişlər.