14 saylı Talış kənd kitabxana filialı

14 saylı Talış kənd kitabxana filialı
Rayon haqqında
30 İyun , 2015

Meynəmanla Talış arasında – Meynəman kəndinin qərbində-təxminən, bu kəndə bitişik bir kənd mövcuddur. Bu kəndin adı Axtaçıdır. Əsl Axtaçı Kür çayının o tayında-sağ sahilindədir. Haqqında danışdığımız kiçik Axtaçı kəndi isə o taydan ayrılıb gəlmədir. Yəqin ki, bu da bir vaxt Kür çayının daşması və məcrasının dəyişilməsilə əlaqədar olmuşdur. Axtaçı toponimi və axtaçılar barədə nə demək olar? Hər şeydən əvvəl göründüyü kimi toponimin özündən çıxan mənaya əsasən kəndin camaatı, şübhəsiz, tərəkəmə-maldar olmuşdur. Erkək heyvanları axtalamaqla kökəltmənin sirlərinə bələd olmuşlar. Ancaq hələlik onu deyə bilərik ki, məşhur tarixçi Həndüllah Qəzvinin XIII-XIV əsrlərdə baş vermiş hadisələrdən bəhs edən “Zeyl-e-tarix- e-qozide” (Bakı,1990) əsərində Çəlaçı axtaçı adlı bir şəxsin adı çəkilir. Deməli, hələlik Axtaçı toponim və etnoniminin tarixinin XIII-XIV əsrlərdə mövcud olduğunu görürük. Bu toponim Türkiyədə də mövcuddur. Talış su kəmərinin tikintisində bu kəndin az-çox əhəmiyyətli rolu olmuşdur. Elə indi də bu idarədə işləyənlərin mühüm bir hissəsini axtaçılı camaatı təşkil edir. Keçmişdə tərəkəmə olan Axtaçı kənd sakinlərinin bu gün əsl məşğuliyyəti pambıqçılıqdan ibarətdir.