14 saylı Talış kənd kitabxana filialı

14 saylı Talış kənd kitabxana filialı
Uşaq hüququ
30 İyun , 2015
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
     Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdə davam edir. Azərbaycanın qoşulduğu BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasına görə ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Bu baxımdan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib. Proqramın əsas məqsədi BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsi, alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsinin təmin edilməsidir.
Yetişən nəslin mənəvi-estetik tərbiyəsinin əsasını təşkil edən incəsənət, musiqi təhsili daim dövlətimizin diqqət mərkəzindədir. Uşaq musiqi və incəsənət məktəbləri, otra ixtisas məktəbləri təmir-bərpa olunur, yeniləri inşa edilir, maddi-texniki bazaları yaxşılaşdırılır, uşaqların istedad və bacarıqlarının nümayiş etdirmələri üçün yerli və xarici müsabiqələrdə iştirakları təmin edilir. Keyfiyyətli tədris üçün hər cür şərait yaradılır. "2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı", "2009-2013-cü illər Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər Proqramı" və "2009-2013-cü illər üçün Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın tədbirlər planına əsasən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görülür. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda mədəniyyət sahəsi üzrə bir sıra obyektlərdə, uşaq musiqi və incəsənət məktəblərində yenidənqurma və təmir-tikinti işləri aparılıb, məktəblər texniki təchizatla təmin olunur. Bütün bu uğurlar dövlət rəhbərliyinin daim diqqəti nəticəsində reallaşır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uşaqlara dövlət qayğısı güclənir, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məsləsinə önəm verilir.
   Bu il Azərbaycanda uşaqların müdafiəsi haqqında qəbul olunuan yeni qanun da məhz dövlətin uşaqlara ayırdığı diqqətin daha bir göstəricisidir. "Uşaqların icbari dispanserizasiyası haqqında" qanuna əsasən Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçəcək. Hər uşağın dispanserizasiyası üçün xərclərin normasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulub. Yeni qanunda valideynlərini itirmiş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maliyyələşdirmə qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maliyyələşmə ilə bağlı qanunda o da nəzərdə tutulur ki, dispanserizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçiriləcək.
 Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə gənc nəslin sağlam böyüməsi, düzgün təlim-tərbiyə alması üçün hər bir şərait yaradılmışdır. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fond tərəfindən Azərbaycanda istedadlı uşaqların üzə çıxarılması, yetişdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib və bu iş bu gün də uğurla davam etdirilir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.
     Azərbaycanda uşaqların müdafiəsi ən önəmli məsələ olduğundan həyata keçirilən layihələr  də bu məqsədə xidmət edir.