14 saylı Talış kənd kitabxana filialı

14 saylı Talış kənd kitabxana filialı
Uşaq hüququ
30 İyun , 2015

Mehriban xanım Əliyeva ölkəmizin birinci xanımı və eyni zamanda Heydər Əliyev Fondunun prezidentidir. Fond elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahəsində proqram və layihələri həyata keçirir. Eyni zamanda uşaq və gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, onların hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil edir.  Mehriban xanım Əliyeva uşaqları çox sevir. O, uşaq və internat evlərini tez-tez ziyarət edir, uşaqlar üçün konsertlər təşkil edir, uşaqlar üçün yeni bədii sərgilər açılır. Birinci xanım uşaqların təhsilinə xüsusi diqqətlə yanaşır. Hər il Heydər Əliyev Fondu tərəfindən uşaqların daha yaxşı şəraitdə oxumaları üçün yeni məktəblər tikilir, köhnə məktəblər təmir olunur və kompyuterləşdirilir.     Mehriban xanımın idmana diqqətini də vurğulamaq lazımdır. Bədii Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanımın sayəsində bu idman növü öz inkişaf dövrünü yaşayır. Onun fəaliyyəti nəticəsində Azərbaycanda bədii gimnastika üzrə dünya və Avropa çempionatları keçirilmişdir.    Mehriban xanım uşaqların problemlərinə xüsusi həssaslıqla yanaşır. Onun bu sahədə xeyriyyəçilik fəaliyyəti Azərbaycanda uşaq evlərinin yenilənməsi və modernləşməsi, musiqi məktəblərinin açılışı, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və reabilitasiyasını əhatə edir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban xanım Əliyeva YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. Uşaqlara müraciətlərin birində Mehriban xanım demişdir: “Dünyanın ən tanınmış mədəniyyət ocaqlarından biri də bizim doğma Vətənimiz, Azərbaycandır. Qədim və müasir incəsənətimizin gözəl nümunələri bir çox ölkələrdə məşhurdur. Azərbaycan torpağı tarixin hər bir dövründə dünya mədəniyyəti xəzinəsinə görkəmli şəxsiyyətlər bəxş etmişdir. İstedadlı Azərbaycan xalqının yaratdığı mədəniyyət inciləri onları görənləri heyran etmiş, bu əsərlərin sorağı bütün yer kürəsinə yayılmışdır. Bu inciləri yaratmaq nə qədər çətindirsə, onları qoruyub saxlamaq, nəsildən-nəslə ərməğan etmək də asan iş deyil. Başqa mədəniyyət nümunələri kimi, memarlıq abidələrinin də yaşaması üçün bir çox insanlar böyük zəhmət çəkmiş, ayrı-ayrı zamanlarda daşdan yaradılmış əsərlərin bugünkü nəslə çatdırılması yolunda xeyli işlər görmüşlər. Bu gün siz də bu insanlar sırasındasınız. Mən inanıram ki, sizin istedadınız, çəkdiyiniz rəsmlər, milli memarlıq incilərimizi zərif uşaq əlləriniz ilə təsvir etməyiniz o deməkdir ki, siz doğma vətəninizi sevir, onun gözəlliklərinin yaşaması üçün çalışırsınız”.