Barlı qəsəbə kitabxana filialı

Barlı qəsəbə kitabxana filialı
Tədbirlər
12 İyul , 2019

12.07.2019- cu il tarixdə Quba rayon MKS- nin Barlıqəsəbə  kitabxanasının qarşısında  “ Mütaliə günü” təşkil olundu. Tədbirdə “Ulu öndər Heydər Əliyev”, “Mirzə Fətəli Axundzadə”, “Azərbaycanın müstəqilliyi əbədidir”, “Unutma Qarabağı”, və s. başlıqlı  kitablar nümayiş olundu. Tədbiri Barlı qəsəbə   kitabxanasının   filial müdiri İbrahim Abdulov açaraq bildirdi ki, mütaliə özündə “kitaba sevgi”, “oxucuya maraq”, “oxuduğunu qavramaq və anlamaq” kimi anlayışları birləşdirir.   Mütaliəyə sövqetmə – intelektual inkişafın mühüm göstəricisi hesab edilir ki, bu da gələcəkdə mədəni ünsiyyətə, doğru peşə seçiminə, faydalı işlə məşğul olmaya gətirib çıxaracaq. Yay aylarında belə tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur. Tədbirdə 60-a yaxın elmin müxtəlif sahələrinə aid ədəbiyyatlar nümayiş olundu.

 

Foto Qalereya