Buduq kənd kitabxana filialı

Buduq kənd kitabxana filialı
Tədbirlər
31 Yanvar , 2020

31.01.2020 – ci il tarixdə rayon MKS – nin Buduq kənd kitabxanasında 2 Fevral Gənclər Günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın filial müdiri Gülcamal Vəliyevamövzu ətrafında geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir, 2 Fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı.1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.


Foto Qalereya