Gültəpə kənd kitabxana filialı

Gültəpə kənd kitabxana filialı
Tədbirlər
17 Yanvar , 2020

17.01.2020-cı il tarixdə rayon MKS-nin Gültəpə kənd kitabxanasında  20 Yanvar  faciəsinin  30– cu ildönümünə həsr olunmuş  tədbir  keçirildi. İlk  öncə  20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan kitabxananın filial müdiri Vəkil Zeynalov bildirdi ki, Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi kimi qeyd olunur — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar Tədbirdə iştirak edən   Gültəpə kənd umumi məktəbinin şagirdi  Nuray Tahirova bildirdi ki,1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Tədbirin sonunda iştirakçılar  kitabxanada təşkil olunmuş 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgi ilə tanış oldular

Foto Qalereya