Kələnov kənd kitabxana filialı

Kələnov kənd kitabxana filialı
Tədbirlər
5 İyul , 2019

05.07.2019-cu il tarixdə Quba rayon MKS-nin  Kələnov  kənd kitabxanasında  açıq səma altında “Oxu günü” təşkil olundu.Tədbiri giriş sözü ilə açan kitabxananın filial müdiri Zeynal Mustafayev mövzu ətrafında tədbir iştirakçılarına məlumat verərək bildirdi ki,  insan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla müasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Qədim zamanlardan bəri oxuma-yazma bilənlər digərlərindən fərqlənmiş, sayılıb-seçilən olmuşdur.İnkişaf səviyyəsi aşağı olan cəmiyyətlərin geri qalmasının təməl səbəblərindən biri maariflənmənin zəif olması, oxuma-yazma bilməyənlərin sayının çox olmasıdır. Çox vaxt da bu cür cəmiyyətlərdə olanların çoxu oxumaq və digər faydalı işlər yerinə yararsız işlərlə məşğul olaraq vaxtlarının böyük qismini hədər etməklə məşğul olurlar.

Foto Qalereya