Vladimirovka kənd kitabxana filialı

Vladimirovka kənd kitabxana filialı
Tədbirlər
24 Aprel , 2019

24.04.2019- cu il tarixdə Vladimrovka kənd Diyarşünaslıq klubunda  rayon MKS- nin Vladimirovka kənd kitabxanasının və Vladimrovka kənd  İ. Hümmətov adına tam orta məktəbin təşkilatçılığı ilə  vətənpərvərlik haqqında  “Vətən uğrunda şəhid olanların anım günü” başlığı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın filial müdiri Təranə Şirinova mövzu ətrafında tədbir iştirakçılarına geniş məlumat verdi .  O, ölməz qəhrəmanlarımız  İbrahim Hümmbətov, Mübariz Qaraxanov,  Elnur İbrahimov haqqında geniş məlumat verdi. Sonra söz Vladimirovka kənd tam orta məktəbinin direktoru   Gülnarə Rizvanovaya verildi o, mövzu ətrafında öz fikirlərini bildirərək qeyd etdi ki, illər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Tədbirin sonunda Vladimirovka kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda  şeirlər söylədilər.

Foto Qalereya