5 saylı Neftçala şəhər kitabxana filialı

5 saylı Neftçala şəhər kitabxana filialı

Fenimor Kuper. Seçilmiş əsərləri.

Kitabda Ceyms Fenimor Kuperin "Ləpirçi" və "Sonuncu mogikan" əsərləri nəşr olunmuşdur. Bu əsərlərin qəhrəmanları cəsarət, dosta sədaqət və nəciblik kimi gözəl insani keyfiyyətləri özündə təcəssüm etdirir.

Ştefan Svayq. Seçilmiş əsərləri.

Ştefan Svayqın “Seçilmiş əsərləri”nə “Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi” tarixi-bioqrafik oçerki, müxtəlif novellaları və bir neçə tarixi miniatürü daxil edilmişdir.

Oskar Uayld. Seçilmiş əsərləri.

Oskar Uayldın “Seçilmiş əsərləri”nə “Dorian Qreyin portreti” romanı, müxtəlif pyes və nağılları daxil edilmişdir. Bu əsərlərdə yazıçını xüsusən insanın mənəvi aləmi ilə bağlı olan məsələlər narahat edir.

Paulo Koelyo. Seçilmiş əsərləri.

Altı romannın və iki hekayəsinin toplandığı bu kitab Azərbaycan oxucularının Paulo Koelyo yaradıcılığı ilə ilk sanballı görüşüdür. Paulo Koelyonun əsərləri “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən nəşr olunmuşdur.

Aqata Kristi. Seçilmiş əsərləri.

Aqata Kristinin “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan “Seçilmiş əsərləri”nə “Şərq ekspressi”ndə qətl”, “Beş donuz balası”, “Rocer Ekroydun qətli” romanları və müxtəlif hekayələri daxil edilmişdir.